Bakıda iki avtobus toqquşub: yaralılar var - FOTO + VİDEO

8 nəfər xəsarət alıb

Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə Qaqa Qarayev prospektində qeydə alınıb.

57 saylı xətt marşrutu üzrə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub.

Belə ki, 57 saylı avtobusun sürücüsü dayanacağa yaxınlaşarkən sürət həddini aşıb və sükana nəzarəti itirdiyindən həmin avtobus qarşısında olan "BakuBus" MMC-yə məxsus avtobusa çırpılıb. Xəsarət alanların hamısı  57 saylı marşrut avtobusunda olub.

Onlardan Vüqar Xəlilovun vəziyyəti ağır olduğundan stasionar qaydada müalicə alır. Digər yaralılar isə artıq xəstəxanadan evə buraxılıb. Daha iki nəfərə də hadisə yerində tibbi yardım göstərilib.

Yol qəzası nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan 5 nəfəri xəstəxanada müalicəsini davam etdirir, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, onlardan 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbi Mərkəzə, digər 7 nəfər 3 saylı Şəhər Xəstəxanasına çatdırılıb.

3 saylı Şəhər Xəstəxanasının baş həkiminin verdiyi məlumata görə, qəza ilə əlaqədar xəstəxanaya çatdırılanlara lazımi tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicəyə buraxılıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan 21 yaşlı qız da göstərilən tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Həmçinin oxu: Bakıda sürücü yuxuladı, avtomobili köşkə girdi - FOTO + VİDEO

Yaralılardan bəzilərinin adları da məlum olub: 1998-ci il təvəllüdlü Hüseynli Nurtac Mirzəcan oğlu, 1977-ci il təvəllüdlü Seyfullayev Ramil Davud oğlu, 1968-ci il təvəllüdlü Xəlilov Vüqar Mövlan oğlu, 1963-cü il təvəllüdlü Vəsilə Məmmədova, 1999-cu il təvəllüdlü Şəbnəm İsmayılova və 1978-ci il təvəllüdlü Xanım Qasımova.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı avtobus yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 325 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb. Azərbaycan Respublikasında 325 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət ç...
İdman
Bakının “Sabah” klubu futbolçusu Xulio Rodriqeslə müqavilənin müddətini uzadıb.  BakuCity.az xəbər verir ki, bununla bağlı paytaxt təmsilçisinin rəsmi saytında məlumat verilib. Məlumata görə, sözləşməyə əsasən, 29 yaşlı paraqvaylı hücumçu daha bir il komandanın uğurları üçün çalışacaq. Xatırladaq ki, X.Rodriqes “Sabah”a bu ilin yanvarında transfer olunub. BakuCity.az
Ekologiya
Havanın temperaturu düşəcək, güclü külək... BakuCity.az xəbr verir ki, bu barədədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, bir neçə gün davam edən isti hava şəraitindən sonra iyunun 3-ü axşamdan 6-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, iyunun 4-də yarımadanın bəzi yerlərində isə arabir 25 m/s-dək güclənəcəyi gözlənilir. Bunun nəticəsində də havanın temperaturu  ötən günl...
Hakimiyyət
Nazirliyin postuna fərqli namizədlərin adları çəkilir. Bir müddətdir ki, mədəniyyət naziri postuna fərqli namizədlərin adları hallanır. Əbülfəs Qarayevin vəzifəsindən azad olunmasından sonra bu yüksək vəzifəyə kimin gətiriləcəyi ictimaiyyətin marağındadır. BakuCity.az xəbər verir ki, bu vəzifəyə Fərəh Əliyevanın təyinatı gözlənilir. Həmçinin oxu: Əbülfəs Qarayev işdən çıxarıldı - SƏRƏNCAM Bununla bağlı rəsmi sərəncam veriləcəyi bildirilir. Qeyd edək ki, Fə...
Ekologiya
İyunun 4-də gözlənilən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 25-27, Bakıda gecə 20-22, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa...
Cəmiyyət
Yol polisi əhaliyə müraciət edib. Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə, habelə ictimai nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə müraciət edib. BakuCity.az xəbər verir ki, müraciətdə deyilir: “Ölkə ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə müəyyən edilmiş sosial məsafəni gözləmək şərtilə tənəffüs...
Kriminal
Prokurorluqda daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan məlumat verilib.  Verilən məlumata görə, “Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciətlər araşdırılıb. Aparılmış araşdırmalarla “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Ya...
Cəmiyyət
Buraxılış imtahanlarının vaxtı açıqlanıb. IX və XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək. BakuCity.az xəbər verir ki, qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilib.  DİM-dən  verilən məlumata görə, növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq...
Cəmiyyət
"Koronavirusa yoluxma artır, çünki kütləvi yerlərdə insanlar maska taxmırlar”. BakuCity.az xəbər verir ki, bunu həkim-infeksionist Vüsalə Talıblı deyib. V.Talıblı bildirib ki, metroya maskasız girmək qadağan olunsa da, insanlar qatara mindikdən sonra maskanı aşağı salırlar: "Səhiyyə təşkilatları, mütəxəssislər hər gün deyir ki, bu virusdan qorunmaq üçün peyvənd yoxdur. Əlimizdən gələn ancaq təmizliyə diqqət etmək, əlləri sabunla yumaq, maska taxmaqdır. Əsl...