Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO

Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO

Yolun hərəkət hissəsinin eni 15 m-dək genişləndirilib

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, layihəyə uyğun olaraq Bakı-Şamaxı-Yevlax avtomobil yolunun sözügedən 16 km-lik hissəsi 4 hərəkət zolaqlıdır. Yol yatağının eni 27.5 m, yolun hərəkət hissəsinin eni 15 m, hərəkət zolaqlarının eni 3.75 m, ayrıcı zolağın eni 5 m, çiyinlərin eni isə 3.75 m təşkil edir.

Aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 7.5 m-dən 15 metrə qədər genişləndirilib.

Magistralın bu hissəsində iki yeni avtomobil körpüsünün tikintisi işləri də aparılıb. Körpülər yolun 107-ci km-də Acıdərə çayı və 114.5-ci km-də Pirsaatçay üzərində salınıb. Acıdərə çayı üzərində tikilən körpü 3 aşırımlı olmaqla 62.2 metr, Pirsaatçay körpüsü isə 3 aşırımlı olmaqla 107.2 metr uzunluğundadır.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq üçün bu ərazidə yamacların kəsilməsi, yamacın dib hissələrinin xüsusi qruntla doldurulması, dəmir-beton svayların vurulması, monolit dəmir-beton istinad divarlarının tikintisi və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədilə drenaj kanalların inşa edilməsi işləri yerinə yetirilib.

Bundan başqa, layihə çərçivəsində 719 paqon-metr uzunluğunda 17 dairəvi borunun, 42 metr uzunluğunda 2 düzbucaqlı borunun, yol boyu zəruri olan ərazilərdə ümumi uzunluğu 177 metr olan 3 alt keçidin inşası da aparılıb.

27.5 metr enində olan torpaq yatağının inşası işlərindən sonra yol əsasının inşası işlərinə başlanılıb. Yol əsası 48 sm qalınlıqda 2 laydan ibarətdir. Yol əsası hazır olan hissələrdə yolun hərəkət hissəsinə və bərkidici zolağa 29 sm qalınlıqda 3 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri də həyata keçirilib. Beləliklə, ümumilikdə yol geyimi 95 sm hündürlüyündədir.

Hazırda magistralın sözügedən hissəsində son tamamlanma işləri aparılır. 2019-cu ilin sonuna qədər magistralın 16 km-lik hissəsinin vətəndaşların istifadəsinə verilməsi planlaşdırılır.

Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-1 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-2 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-3 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-4 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-5 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-6 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-7 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-8 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-9 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-10 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-11 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-12 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-13 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-14 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-15 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-16 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-17 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-18 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-19 Bakı-Şamaxı yolunun genişləndirilməsi işləri yekunlaşır - FOTO, fotoşəkil-20

BakuCity.az

Bakı avtomobil yolu Şamaxı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər