Xəsarət alanlar Azərbaycan vətəndaşıdır
Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb.
BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Xəsarət alanların hamısının Azərbaycan vətəndaşları olduğu bildirilir.
Həmçinin oxu: Bakıda iki avtobus toqquşub: yaralılar var - FOTO + VİDEO
Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
BakuCity.az