Bakıda qayda pozan sürücü yol polisinə böhtan atdı, video çəkib paylaşdı - VİDEO

Sürücü inspektoru pul almaqda ittiham edir

Elnur Rzayev adlı şəxs sosial şəbəkədə yol polisi əməkdaşı ilə dialoqunu əks etdirən video paylaşıb.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, görüntüdə E.Rzayev idarə etdiyi minik avtomobili ilə M.Hadi küçəsi ilə hərəkət edən zaman yolun sol zolağına keçərək düzünə hərəkəti davam etdirib.

Qeyd edək ki, yolun sol zolağı 1.18 nişanlanma xətti ilə yalnız sola dönməyə icazə verir və svetaforun seksiyaları ilə də tənzimlənir.

Düzünə hərəkət edən sürücü bir neçə metr irəlidə xidmət aparan YPX inspektoru tərəfindən saxlanılır. Yol polisinin "niyə sırf soldan gəlirsən? Axı sol yalnız sola dönməyə icazə verir" iradına sürücü “belə gəlmək istədim” deyərək cavab verir. YPX inspektoru insan faktorunu nəzərə alaraq sürücüyə protokol tərtib etmədən yola salır.

Lakin E.Rzayev sosial şəbəkədə “Bilərəkdən o yola çıxdım. Gündə 100 maşın saxlayıb cərimə yazır və ya pulunu alırlar” başlığı ilə video paylaşaraq, heç bir sübut təqdim etmədən inspektoru qərəzli olaraq pul almaqda ittiham edir.

Qeyd edək ki, M.Hadi küçəsində 1.18 nişanlanma qanunauyğun olaraq 20-30 metrdən bir üç dəfə təkrarlanır. Sürücünün iddia etdiyi 1.18 nişanlanma xətti 5.8.1- 5.8.2 nişanları ilə birlikdə və ya müstəqil tətbiq oluna bilər. Sürücü açıq şəkildə, qəsdən qayda pozur və əməli İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tövsif olunur.

E.Rzayevin “Yol hərəkəti haqqında” qanunu pozması azmış kimi, sosial şəbəkədə “qanunuz cərimə yazır və ya pul alır” kimi böhtan xarakterli çıxışı ayrıca Cinayət Məcəlləsinin 147-ci madəsi ilə tövsif olunur. Cinayət Məcəlləsinin 147-ci maddəsində “147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaya görə min manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” tədbiri nəzərdə tutulub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Dövlət Yol Polisi videogörüntü əsasında qanuni araşdırma aparıb, sürücü barəsində ciddi addımlar atacaq.

BakuCity.az

Bakı sürücü yol polisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
322 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Restoran isə faktı təsdiqləmir Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranındakı zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az-ın məlumatına görə, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib: "İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxl...
Ekologiya
Hava rütubətli olacaq Noyabrın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütu...
Hadisələr
İtkin düşən şəxs idarə rəisinin qardaşıdır Xəzər dənizində neftçi itkin düşüb. BakuCity.az “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub. Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır. SOCAR-ın mətbuat katib...
Mədəniyyət
"Zarafatımız dünəndən var" Xalq artisti Miri Yusif ötən gün Türkiyənin stəndap ulduzu Cem Yılmazla bir araya gəlib.  BakuCity.az Axeber.az-a istinadən məlumat verir ki, sənətçi, əvvəlcə Bakı Konqres Mərkəzində komediya aktyorunun çıxışını izləyib, daha sonra xanımı Nərgiz Mirbabayeva ilə birgə Cemlə görüşüb.  O, instaqramda foto paylaşaraq C. Yılmazın ona söz atmasına münasibət bildirib: “Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var. Gözəl kon...
Hadisələr
Magistralın ortasında bir neçə nəfər davaya qarışıb Bakıda baş vermiş qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Aeroport yolunda baş verib. Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırır və asta sürətlə gedir. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq ona yaxınlaşır və irad bildirir. Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyir. Zərbənin...
Cəmiyyət
Tədbirdə ədibin nəticəsi və kötücəsi də iştirak ediblər Noyabrın 18-də noyabr Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı olub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, açılış mərasimində  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq...
Cəmiyyət
Təhsil müəssisəsindəki 3D piyada zolağı maraqla qarşılanıb Bakıda “ABC – Azerbaijan British College”nin rəsm müəllimi, rəssam Yusif Mirzəyevin çəkdiyi 3D piyada zolağı məktəbdə təhsil alan şagirdlər tərəfindən xüsusi maraqla qarşılanıb. Y.Mirzəyev BakuCity.az-a açıqlamasında deyib ki, 3D formatında piyada zolağı çəkmək ideyası məktəbin rəhbərliyi tərəfindən irəli sürülüb: “Məktəbin rəhbərliyi və bütün müəllimlər üçün təhsilin keyfiyyəti önəmlidir, amma ən...
İdman
Oyun saat 18:00-da başlayacaq Bakıda keçiriləcək Azərbaycan – Ukrayna oyununun hakimləri açıqlanıb. BakuCity.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında noyabrın 19-da keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib. Baş hakim Orxan Məmmədova Namik Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəvan Həmzəzadə yerinə yetirəcək. Oyun saat 18:00-da “Dalğa Are...
Cəmiyyət
Sistem sınaq mərhələsindədir Gələn aydan dəmir yolunda biletləri onlayn şəkildə qaytarmaq mümkün olacaq. BakuCity.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi David Əliyev “Report”a deyib. O bildirib ki, onlayn-satış sistemindən istifadənin cazibədarlığını artırmaq üçün hazırda biletlərin onlayn qaytarılması sistemi sınaqdan keçirilir: “Onlayn bilet satışının tətbiqi birbaşa müştəri məmnu...