Polis intihara cəhdin qarşısını alıb
Ötən gün “Koroğlu” metro stansiyasının yaxınlığında qadın intihara cəhd edib.
BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, orta yaşlı qadın özünü körpüdən atmaq istəyib.
Canına qəsd etməyə çalışan xanımı Yol Patrul Xidmətinin əməkdaşları xilas edib.
Hadisə zamanı çəkilən görüntülər sosial şəbəkələrdə yayılıb.