Bakıda Olimpiya çempionunun qardaşı tanınmış aparıcını döyüb

Bakıda Olimpiya çempionunun qardaşı tanınmış aparıcını döyüb

"Bunu ağrıkəsici iynənin təsiri ilə yazıram"

Bakıda tanınmış televiziya aparıcısı Elçin Əlibəyli Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyüldüyünü bildirib.

BakuCity.az xəbər verir ki, bu barədə E.Əlibəyli “facebook” səhifəsində yazıb.

O qeyd edib: “Əziz həmkarlar, dəyərli ziyalılar, kimin üçün dəyərliyəmsə, mənə hörmət qoyursa, bu müraciətimi işqlandırsın. Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döyülsəm də, bu günə kimi döyən şəxsin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı olması hesabına DİN susur. Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirəm. Döyülmək və söyülmək davası deyil, mənim davam Avropa çempionu olan qonşumun fənd işlədərək, təpiklə mənim əməliyyatdan yenicə çıxdığım yırtığı partlatması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir. Təcili əməliyyat olunmalıyam, amma mən bu yazını yazanda belə ağrıkəsici iynənin təsiri ilə yazıram”.

Xatırladaq ki, E.Əlibəyli bundan əvvəl AXCP sədri Əli Kərimlini sosial şəbəkədə tənqid etdiyi üçün qonşusu tərəfindən döyüldüyünü bildirmişdi.

Bakıda Olimpiya çempionunun qardaşı tanınmış aparıcını döyüb, fotoşəkil-1

BakuCity.az

Bakı aparıcı döyülmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər