Bakıda antisanitar şəraiti olan bağırsaq müəssisəsi aşkarlanıb - FOTO

Məhsulların saxlanılması üçün soyuducu kamera da yoxdur

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi, ev 2 ünvanında fiziki şəxs Ramazanov Qadir Sabir oğluna məxsus bağırsaq emalı müəssisəsində yoxlama keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən BakuCity.az-a verilən məlumata görə, müəssisədə heyvan mənşəli məhsullar və xammalın sağlamlıq və mənşəyini müəyyən edən sənədlərin olmadığı aşkar olunub.

Yoxalama zamanı müəssisədə xırdabuynuzlu heyvanların bağırsağının ilkin emalı zamanı baytarlıq-sanitariya qaydalarının kobud şəkildə pozulduğu aşkarlanıb. Texnoloji proseslərdə temperatur rejiminə əməl edilmədiyi, məhsulların saxlanılması üçün soyuducu kameranın olmadığı müəyyən olunub.

Məlum olub ki, anbar sahəsi sistematik təmizlənmir. Bağırsaqların yuyulub-təmizlənmə, çeşidlənmə, duzlanma və qablaşdırılması, saxlanması bir sahədə həyata keçirilir. İstehsalat sahəsinə həşəratların daxil olmasının qarşısını almaq məqsədilə tədbirlər görülmür. İşçilərin xüsusi geyim forması yoxdur və tibbi müayinədən keçməyiblər.

Yoxlama zamanı məlum olub ki, məhsulların və xammalın normativ-texniki sənədlərə, eləcə də baytarlıq normativlərinin tələblərinə uyğun olmadan emalı aparılır. Müəyyən edilib ki, baytarlıq şəhadətnaməsi olmadan müəssisəyə bağırsaq qəbul edilir və daşınır. Heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı baytarlıq ekspertizasından keçirilmədən aparılır. Heyvan mənşəli məhsullar və xammalın yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan qəbulu ilə bağlı sənədləri yoxdur.

Aparılan yoxlamanın nəticəsi ilə bağlı olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.

BakuCity.az

Bakı bağırsaq antisanitar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxub, 56 nəfər sağalıb. Azərbaycan Respublikasında 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 5 935 nəfərin...
Cəmiyyət
Baş Nazir tədris və təlim-tərbiyə prosesi barədə sərəncamı imzalayıb. Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb. BakuCity.az xəbər verir ki, sərəncamla Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına...
Mədəniyyət
Azərbaycanlı müğənni Bayıldakı villasını 300 minə kirayə verib. "Ağlayan müğənni onsuz ilboyu ağlayacaq. Mən müğənni tanıyıram ki, Bayılda bahalı villası var, onu bir şirkətə uzun müddətli kirayə verərək 300 min manat pul alıb”. BakuCity.az xəbər verir ki, bu sözləri jurnalist Ülviyyə Alovlu "Youtube” kanalında yayımlanan "Bomba Tv” adlı verilişində deyib. Ü.Alovlu həmin ifaçının adını çəkməsə də, onun kirayə verdiyi bir neçə mənzilinin olduğunu da deyib:...
İdman
"Quarani" komandasının futbolçusu "Neftçi"yə qatılır. "Neftçi" klubu Braziliyanın B Seriyasında çıxış edən "Quarani" komandasının futbolçusu Tallison Auqustonu heyətinə qatır.  BakuCity.az xəbər verir ki, 29 yaşlı braziliyalı müdafiəçi paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq.  O, ötən gün komanda ilə yollarını ayıran haitili Donald Geryeni əvəzləyəcək. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib. O...
Biznes
Fəaliyyəti bərpa olunan "mall"lara maska və əlcəksiz daxil olmaq qadağandır. Bakıda olan bir neçə alış-veriş mərkəzi Nazirlər Kabinetinin göstərişlərinə əməl edərək yenidən fəalittətə başlayıb. BakuCity.az-ın verdiyi məlumata görə, “Gənclik Mall” və “28 Mall”dan qeyd olunub ki, maska və əlcəklərdən istifadə etməyən şəxslərin ticarət mərkəzlərinə girişi qadağandır: “Mall”ların hər bir girişi mühafizə xidmətləri tərəfindən nəzarətdədir. İçəri daxil olarkən h...
Cəmiyyət
Metronun Qara Qarayev stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaşanıb. BakuCity.az xəbər verir ki, stansiyada baş verən mübahisə zamanı çəkilən görüntülər sosial şəbəkədə yayılıb.   Kadrlardan da göründüyü kimi iki polis əməkdaşı hansısa qayda pozuntusu səbəbindən vətəndaşı vaqondan çıxarmağa çalışır. Ancaq qatarda olan digər sərnişinlər bunun qarşısını alır və polisləri vaqondan çıxarırlar. BakuCity.az
İdman
"Neftçi" ilə müqavilənin müddətini uzadan kapitan Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb. BakuCity.az həmin müsahibəni təqdim edir. - Emin, "Neftçi” ilə yeni müqaviləyə imza atandan sonra nə hisslər keçirirsiniz? - Çox xoşbəxtəm! 3 ildir burada oynadığıma görə komandaya öyrəşmişəm. Birillik yox, uzun müddətli müqavilə bağladığım üçün özümü xoşbəxt hiss edirəm. Karyeramın sonunadək "Neftçi”də qalmaq istərdim. - "Neftçi” bu gün məşqləri...
Cəmiyyət
“Bu, ölümlə həyat arasında mücadilədir” Azərbaycan Televiziyası yenidən koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb. BakuCity.az xəbər verir ki, reportajın məqsədi vəziyyətin ciddiliyini yoluxmuş şəxslərin öz dilindən təqdim etməkdir. Adı açıqlanmayıb, üzü gizlədilən xəstələrdən biri yaşantılarını belə dilə gətirib: “Heç kimə bura düşməyi arzulamıram. Ona görə özünüzü qoruyun. Dillə deyiləsi şey deyil. Çox çətindir. Bu, ölümlə...
Cəmiyyət
Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən videoreportaj hazırlanıb. Xaçmaz rayonunda 12 nəfərin yeni növ koronavirusa yoluxduğu Köhnə Xaçmaz kəndində pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. BakuCity.az xəbər verir ki, rayon mərkəzinə ən yaxın yaşayış məntəqələrindən olan Köhnə Xaçmazda beş min nəfərə yaxın əhali yaşayır. Bu kəndlə Xaçmaz şəhərini yalnız Qudyalçay çayı ayır...