Prezidentin tapşırdığı qəsəbədaxili yolların təmiri nə vaxt başa çatacaq?

2200 kilometr yolun asfaltlanmasına ehtiyac var

Bakının qəsəbədaxili yollarının asfaltlanması işlərinin yekunlaşacağı müddət açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli BakuCity.az-a açıqlamasında bildirib ki, Bakıətrafı qəsəbələrin daxili yollarında artıq uzun müddətdir işlər aparılır:

“Bununla bağlı ölkə başçısının ilin əvvəlindən tapşırığı var idi. Biz Bakı şəhərinin 12 rayonu üzrə siyahıyaalma aparmışıq və məlum olub ki, paytaxtın 60 qəsəbəsində 2200 kilometr yolun asfaltlanmasına ehtiyac var. Bunlar da torpaq əsaslı çınqıl örtüklü yollardır. Bu istiqamətdə işə ilin əvvəlindən başlanılıb və son 9 ay ərzində təqribən 185 kilometr uzunluğunda küçə təmir edilib”.

Onun sözlərinə görə, ilin sonunakək təmir olunan yolların uzuluğu 200 kilometrə çatdırılacaq:

“İlkin olaraq biz Sabunçu rayonunun Kürdəxanı qəsəbəsindən başladıq və qısa müddət ərzində orada 72 kilometr uzunluğunda 122 küçə təmir olunub. Təbii ki, bu, Kürdəxanı qəsəbəsinin bütün küçələrini olmasa da, kifayət qədər böyük bir hissəsini əhatə etdi”.

Həmçinin oxu: Prezidentdən Bakı yolları ilə bağlı tapşırıq: "Torpaq yollar olmamalıdır"

A.Nəcəfli qeyd edib ki, 2023-cü il də daxil olmaqla, növbəti illərdə müəyyən edilən yollar da asfaltlanacaq:

“Bu yollar bizim balansımızda olan yollar deyildi. İcra hakimiyyətləri və bələdiyyələrin balansında olan bu yollarda uzun illər idi problemlər yaşanırdı. Bu ildən ölkə başçısı bizim qarşımıza tapşırıq qoydu və agentlik tərəfindən işlərə başlanıldı. Təbii ki, paytaxtın bütün yollarını qısa müddətdə təmir etmək mümkün deyil, amma bu işlər hissə-hissə görüləcək və 2023-cü ildə Bakı şəhərində torpaq və çınqıl yollar qalmayacaq”.

İşdə növbəliliyin hansı qaydalara əsasən əməl olunmasına gəlincə, mətbuat katibi deyib ki, bu işə başlayanda qəsəbələrdə istifadə olunan əsas yolların təmiri qabağa salındı:

“Əsas yollar dedikdə, sərnişin avtobuslarının hərəkət etdiyi yollar, sosial obyektlərə – məktəb, bağça, tibb məntəqəsi və s. aparan yollar nəzərdə turulur. Bu çərçivədə də işlər davam etdiriləcək. Mərkəzi hissələr yekunlaşdıqca, mərkəzlərə birləşən digər yollar da təmir olunacaq”.

Xatırladaq ki, oktyabrın 17-də Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovu qəbul edərkən bildirmişdi: “Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir. Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollara asfalt vurulmalıdır”.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı qəsəbədaxili yollar təmir
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
123 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Hadisə yerinə xilasedicilər cəlb olunub Bakının Nəsimi rayonunda bir nəfər özünü hündürmərtəbəli binadan atmaq istəyib. BakuCity.az xəbər verir ki, bu barədə hadisə şahidləri Baku.ws- bildiriblər. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsindəki çoxmərtəbəli binaların birində qeydə alınıb. Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilərin səyi nəticəsində intihar etmək istəyə...
Cəmiyyət
"Elə gün yoxdur ki, avtobus qapıları açıq hərəkət etməsin" “Hər səhər 29 nömrəli marşrut avtobusu qapısı açıq şəkildə hərəkət edir, insanlar da içindən acımış xəmir kimi daşırlar”. BakuCity.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya şikayətində Nəsimi rayon sakini Gülnarə Abbasova deyib. Şikayətçi bildirib ki, hər gün işə Badamdar-Avtovağzal marşrutu ilə işləyən 29 nömrəli avtobusla gedir: “Ancaq buna getmək demək olmaz. Mənzil başına çatana kimi sıxlıqd...
Hadisələr
Münaqişəyə münasibətlərə son vermək qərarı səbəb olub Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub. Xatırladaq ki, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub. BakuCity.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib ki,...
Cəmiyyət
Restoran isə faktı təsdiqləmir Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranındakı zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az-ın məlumatına görə, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib: "İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxl...
Ekologiya
Hava rütubətli olacaq Noyabrın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütu...
Hadisələr
İtkin düşən şəxs idarə rəisinin qardaşıdır Xəzər dənizində neftçi itkin düşüb. BakuCity.az “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub. Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır. SOCAR-ın mətbuat katib...
Mədəniyyət
"Zarafatımız dünəndən var" Xalq artisti Miri Yusif ötən gün Türkiyənin stəndap ulduzu Cem Yılmazla bir araya gəlib.  BakuCity.az Axeber.az-a istinadən məlumat verir ki, sənətçi, əvvəlcə Bakı Konqres Mərkəzində komediya aktyorunun çıxışını izləyib, daha sonra xanımı Nərgiz Mirbabayeva ilə birgə Cemlə görüşüb.  O, instaqramda foto paylaşaraq C. Yılmazın ona söz atmasına münasibət bildirib: “Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var. Gözəl kon...
Hadisələr
Magistralın ortasında bir neçə nəfər davaya qarışıb Bakıda baş vermiş qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Aeroport yolunda baş verib. Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırır və asta sürətlə gedir. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq ona yaxınlaşır və irad bildirir. Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyir. Zərbənin...
Cəmiyyət
Tədbirdə ədibin nəticəsi və kötücəsi də iştirak ediblər Noyabrın 18-də noyabr Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı olub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, açılış mərasimində  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq...