Polis aparıcının müraciətini araşdırır
Bakı Şəhər Baş Polis İdarəsi tanınmış televiziya aparıcısı Elçin Əlibəylinin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı tərəfindən döyülməsi xəbərinə münasibət bildirib.
Məsələ ilə bağlı BakuCity.az-a açıqlama verən İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, faktla bağlı E.Əlibəylinin müraciəti əsasında Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsində təhqiqat araşdırmaları aparılır.
Həmçinin oxu: Bakıda Olimpiya çempionunun qardaşı tanınmış aparıcını döyüb
E.Hacıyev deyib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Xatırladaq ki, bir qədər əvvəl Elçin Əlibəyli "facebook" səhifəsində Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev tərəfindən döyüldüyünü yazıb.
Ramilə Qardaşxanqızı
BakuCity.az