Əcnəbi vətəndaş saxlanılıb
Bakıda polis və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyindən BakuCity.az-a bildirilib ki, noyabrın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib.
Nizami RPİ 25-ci Polis Şöbəsi və DTX əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Şıxlı keçid məntəqəsində saxlanılıb.
BakuCity.az