“Bakı Metropoliteni”ndən tələbələrə cavab: "Yolunu göstərin, bunu necə edək?!”

"Biz İstanbul, Dubay, Honq Konqla müqayisə apara bilmərik"

“Tələbələrin dedikləri çox yaxşı arzulardır. Onlara cavab olaraq demək lazımdır ki, tezliklə təhsilinizi başa vurun, gəlin, işə düzəlin, yolunu göstərin, bunu necə edək?!”

BakuCity.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Əlixan Osmanov tələbələrin qurumun sədri Zaur Hüseynova ünvanlandığı məktuba cavab verərkən deyib.

Xatırladaq ki, bir qrup tələbə Z.Hüseynova məktub ünvanlayaraq metroda qatarlar arasında intervalın azaldılmasını, yeni və kondisionerli qatarların sayının artırılmasını istəyiblər.

Ə.Osmanovun sözlərinə görə, tələbələrin qaldırdığı məsələlərin hamısını həll etmək mümkündür, amma bu məsələlər metro tikiləndə nəzərə alınmalıdır:

"Bu gün metronu saxlamaq, onun işarəvermə sistemini dəyişdirmək utopiya kimi görünə bilər. Eyni zamanda, iki dəqiqə intervalı çox deyil. Digər metropolitenlərin də statistikasına baxa bilərsiniz. Əlbəttə, biz metromuzu MDB ölkələri ilə müqayisə etməliyik. Biz İstanbul, Dubay, Honq Konqla müqayisə apara bilmərik, çünki onlarda başqa bir metrodur. Yəni onlarda yollar, qatarlar başqadır və avtomatik hərəkət təmin olunub. Əgər birdən-birə Dubay olmaq istəsək, bu metronun hamısını söküb təzə CBTC (Rabitə əsaslı Qatar Nəzarəti – Communications-Based Train Control) adlanan sistem gətirməliyik".

O bildirib ki, bu yeni sistemdə qatarların radiodalğalarla idarə olunması, hərəkət relslərinin şovsuz, yəni tikişsiz olması hesabına sürətli hərəkəti, həm də öndə, ortada və arxada hərəkət edən qatarın bir-birinə maneə törətmədən hərəkət etməsi təmin olunur:

"Metropoliten çox mürəkkəb struktura malik sərnişin nəqliyyatıdır. Burada sərnişin daşımaq vacibdir, ancaq sərnişinin təhlükəsizliyini təmin etmək ondan qat-qat üstündür".

BakuCity.az

Bakı metrosu tələbələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
245 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb Bakıda gecə saatlarında 18 mərtəbəli binanın damında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 16 ünvanında çoxmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb. Yanğının söndürülməsinə 2-ci dərəcəli çağırış elan olunub. 15 yanğınsöndürən maşın və 60-dan çox şəxsi heyət cəlb olunub. Yanğın Dövlət Yanğından Mü...
Cəmiyyət
"Biz də çörək pulu üçün çıxmışıq" Ən azı bir dəfə də olsun Koroğlu metro stansiyasının qarşısındamn keçməli olmusunuzsa demək ki, vəziyyətdən siz də xəbərdarsız. Sıxlıq və xaos...  Problemi Baku.tv araşdırıb. Uzun müddətdir ki, Bakıda “Koroğlu” deyilən kabus hökm sürür. Söhbət metronun “Koroğlu” stansiyasının ətrafında yaşanan bərbad vəziyyətdən gedir. Hər gün işə “Koroğlu” metro stansiyasının önündən gedib gələn insanların bir ümumi arzusu var. Nə vaxtsa,...
İdman
Qvineya millisində də oynayıb "Neftçi” PFK baxışa yeni futbolçu dəvət edib. BakuCity.az paytaxt klubunun saytına istinadən məlumat verir ki, bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Y.Kamara hücumameylli yarımmüdafiəçidir. Vətənində "Seynt Marie” akademiyasında (2012-2016), eləcə də "Elefant de Kolea” (2016-2017), "Satellit” (2017-2018) və "Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını...
Cəmiyyət
Qız uşağı dünyaya gətirib Bakı şəhəri, Xəzər rayonunda 14 yaşlı qız doğuş edib. BakuCity.az “Report”a istinadən xəbər verir ki, doğuş iyul ayında olsa da, bu barədə fakt hüquq-mühafizə orqanlarına noyabrda məlum olub. Məlumata görə, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş Şəhər xəstəxanasında 2005-ci il təvəllüdlü T.T. doğuş edib. O, qız uşağı dünyaya gətirib. Faktla bağlı araşdırmalara başlanılıb. Qeyd edək ki, Azərbaycanda nikah yaşı 18 yaş müəy...
Hadisələr
Başı telefona qarışıb Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə aeroport şosesində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılır. Ardınca idarəetməni itirərək sağ tərəfdəki dəmir arakəsmələrə dəyir. Avtomobil bütün yol boyu sürüşərək digər istiqamətdəki dəmir arakəsməyə dəydikdən sonra dayanır. Hadisə nəticəsində taksi sürücüsü xə...
Siyasət
Azərbaycan jurnalistləri də Ermənistana gedəcək Noyabrın 17-də Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycana 5-6 nəfər erməni jurnalist gələcək. Bu barədə BakuCity.az Haqqin.az saytına istinadən məlumat verir. Xarici İşlər Nazirliyindən məlumatı nə təsdiq, nə də təkzib ediblər. Lakin “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev xəbəri təsdiq edib. Digər məlumata əsasən, 18-19 noyabrda bir qrup Azərbaycan jurnalisti də Ermənistana səfər edəcək. BakuC...
Cəmiyyət
Bəzi binalarda istilik mənbələri sıradan çıxıb Noyabrın 15-dən Bakıda yaşayış binalarına istilik sisteminin verilməsi məqsədilə qazanxanaların vaxtından əvvəl işə salınması barədə məlumat verilib. Paytaxtın bəzi rayonlarında yerləşən binaların girişinə isə bildiriş vurularaq istilik sisteminin noyabrın 1-dən veriləcəyi bildirilib. BakuCity.az saytı məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevlə əlaqə sa...
Cəmiyyət
Ölkəyə qanunsuz gətirilib Gömrükçülər xeyli miqdarda aksiz markasız müxtəlif növ alkoqollu içkilərin realizə edilməsinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən BakuCity.az-a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Gürcüstandan ölkəmizə qanunsuz yollarla gətirilən alkoqollu içkilərin Bakı şəhəri ərazisində bir qrup şəxs tərəfindən realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında B...
Cəmiyyət
Valideynləri sağlam insanlardır Bakıda dünyaya gələn qəribə görkəmli körpə ölüb. BakuCity.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlamasında M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Doğum şöbəsinin baş həkimi Zəhra Abbasova deyib. O qeydə edib ki, körpə keçən həftə dünyaya gəlmişdi: Həmçinin oxu: Bakıda doğulan qorxunc körpə ilə bağlı baş ginekoloqdan açıqlama: "Həkim cinayət edib" - VİDEO “Nə üçün bu görünüşdə olduğunu biz də bilmədik. U...