AFFA oyuna gecikən Bakı klublarını cərimələdi

AFFA oyuna gecikən Bakı klublarını cərimələdi

Klublar 2400 manat cərimələnib

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

BakuCity.az xəbər verir ki, iclasda Premyer Liqanın X turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Belə ki, “Neftçi” – “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Zirə” – “Sumqayıt” matçında “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Zirə” komandası oyunun AFFA nümayəndəsini və inspektorunu tələb olunan yerlə təmin etmədiyi üçün klub 800 manat cərimə olunub.

Oyunun ikinci hissəsi “Zirə” klubunun gecikməsinə görə 2 dəqiqə ləngiyib. Bu səbəblə klub 2400 manat cərimə edilib.

“Səbail” – “Keşlə” matçında isə “Səbail” klubunun gecikməsi səbəbindən oyun 3 dəqiqə gec başladığına görə klub 2400 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Səbail” klubunun 7 №-li futbolçusu Fəhmin Muradbəyli hakimlər otağına daxil olduğuna görə klub 1600 manat cərimələnib.

BakuCity.az

AFFA futbol klubları cərimə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər