Evdən çıxıb, geri qayıtmayıblar
Bakıda iki gündə üç yeniyetmə qız itkin düşüb.
BakuCity.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından bildirilib.
Həmçinin oxu: Bakıdan Yevlaxa gedən qız itkin düşdü
Belə ki, noyabrın 3-ü saat 06:30 radələrində Yasamal rayonu V.Əliyev küçəsi ev 69-da yaşayan 2002-ci il təvəllüdlü Ayşən Münasib qızı Məmmədova, noyabrın 4-ü saat 19:00 radələrində Yasamal rayonu Şərifzadə küçəsi, ev 42 mənzil 328-də yaşayan 2001-ci il təvəllüdlü Aytac Qubad qızı Qəhrəmanova, həmin gün saat 09 radələrində Xətai rayonu S.Əhmədov küçəsi, ev 6-da yaşayan 2003-cü il təvəllüdlü Xavər Elman qızı Adışova evdən çıxıb və geri qayıtmayıb.
Araşdırma aparılır.
BakuCity.az