Bakıda daha bir küçədə hərəkət çətinləşəcək - XƏRİTƏ

Bakıda daha bir küçədə hərəkət çətinləşəcək - XƏRİTƏ

Tıxaca düşməmək üçün alternativ yollardan istifadə edin

Bakının daha bir küçəsində kommunikasiya xətləri yenilənir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 10 noyabr tarixindən etibarən Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində aparılan yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işlərinə başlanacaq.

Kommunikasiya xətlərinin yenilənməsi aidiyyəti qurumlar tərəfindən sözügedən küçənin Badamdar şosesi ilə kəsişməsindən Bakı Oksford Məktəbinə qədər olan hissəsində aparılacaq.

Kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumların açıqlamasına görə, işlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.

İşlərin aparıldığı müddət ərzində A.Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Bakıda daha bir küçədə hərəkət çətinləşəcək - XƏRİTƏ, fotoşəkil-1

BakuCity.az

Bakı yol kanalizasiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər