Bir qədər sonra qaz veriləcək
Bakının Xəzər rayonu Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini sındırıb.
“Azəriqaz” İstehsalat Birliyindən verilən BakuCity.az-a verilən məlumata görə, qaz sızmasının aradan qaldırılması üçün 1000-dən çox abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.
Təqribən saat 17 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub.