Bakıda Cəlil Məmmədquluzadənin heykəli üçün təklif edilən yer açıqlanıb

Bakıda Cəlil Məmmədquluzadənin heykəli üçün təklif edilən yer açıqlanıb

"Bu, Mirzə Cəlilin xatirəsinə çox böyük hədiyyə olar"

“Mədəniyyət adamlarının Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə təklif etdim ki, Bakıda Cəlil Məmmədquluzadəyə heykəl ucaldılsın”.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimat mərasimində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar deyib.

O bildirib ki, heykəlin ucaldılması prosesində Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi ilə yanaşı, AYB və AMEA da yaxından iştirak etməlidirlər.

“Biz çalışmalıyıq ki, Mirzə Cəlilin adına layiq heykəl ucaldılsın. Mən istərdim ki, onun heykəli Mirzə Ələkbər Sabirin heykəlinin yanında qoyulsun. Onlar sağlıqlarında da bir yerdə idilər, indi də bir yerdə olsunlar. Düşünürəm ki, bu, Mirzə Cəlilin xatirəsinə çox böyük hədiyyə olar”, - deyə Anar vurğulayıb.

BakuCity.az

Bakı Cəlil Məmmədquluzadə heykəl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər