Avro-2020-nin Bakıdakı oyunları iki telekanalda yayımlanacaq

Avro-2020-nin Bakıdakı oyunları iki telekanalda yayımlanacaq

4 oyun Bakıda keçiriləcək

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsinin rəsmi yayım hüququna yiyələniblər.

BakuCity.az AzTV.az-a istinadən xəbər verir ki, rəsmi yayım hüququna "İdman TV" ilə yanaşı, İctimai Televiziya da sahib olub.

Qeyd edək ki, 12 iyun-12 iyul tarixlərində keçiriləcək Avro-2020-nin final mərhələsinin oyunları tarixdə ilk dəfə Avropanın 12 şəhərində baş tutacaq.

Qitə çempionatının qrup mərhələsinin 3 və 1/4 final mərhələsinin bir oyunu Bakı Olimpiya Stadionunda oynanılacaq.

Avro-2020-nin final mərhələsinin püşkatma mərasimi noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.

BakuCity.az

Bakı Avro-2020 futbol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər