Bakıda "Payız əfsanələri" beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək

4 yaşdan yuxarı hər kəs iştirak edə bilər

9-10 noyabr Bakıda, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Payız əfsanələri” adlı beynəlxalq incəsənət müsabiqəsi keçiriləcək.

BakuCity.az xəbər verir ki, təşkilatçı Azərbaycan Gənclər İttifaqıdır.

İttifaqın İdarə Heyətinin üzvü Əziz Əzizov deyib ki, münın keçirilməsində məqsəd istedadlı uşaqlar və gənclərlə tanışlıq, onları tapmaq, üzə çıxarmaqdır, həmçinin regionlarda olan istedadlı gənclərin tanıtımıdır:

“Gürcüstan, Ukrayna, Türkiyə, İran və Rusiyadan gələn qrupların vokal, musiqi və xoreoqrafik çıxışları gözlənilir. Artıq iştirakçıların sayı dörd mini keçib və mənim fikrimcə, bu fakt Azərbaycanı Qafqaz regionunun incəsənətində lider edir”.

“Payız əfsanələri”ndə bir neçə janrda iştirakçıların çıxışları gözlənilir: folklor, klassik, estrada, incəsənətin bir neçə növləri – mahnı, teatr, vokal, bədii qiraət, xoreoqrafiya.

4 yaşdan başlayaraq hər kəs müsabiqədə iştirak edə bilər. İştirakçılar yaş kateqoriyalarına bölünürlər: 4-7 yaş, 7-10 yaş, 11-15 yaş və 16 yaşdan yuxarı.

Hər bir janırda solo, duet, kiçik qruplar və ansambllar kimi nominasiyalar var.

Obyektivlik və dürüstlük naminə çıxışlar zamanı iştirakçıların hansı studiya və ya məktəbi təmsil etdikləri açıqlanmır (bu proses mükafatlandırma zamanı açıqlanır).

Seçim iştirakçının qeydiyyat nömrəsi ilə aparılır. Münsiflər heyəti Azərbaycanın əməkdar artistləri və incəsənət xadimləridir.

Azərbaycan Gənclər İttifaqı hər kəsi bu beynəlxalq incəsənət müsabiqəsində iştirak etməyə dəvət edir.

Qeydiyyat üçün: [email protected]; +994 12 497 12 36, +994 50 250 22 93, +994 50 250 22 80

İnformasiya dəstəyi – BakuCity.az

BakuCity.az

Bakı incəsənət müsabiqəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb. BakuCity.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil etməklə ÜDM-i...
Cəmiyyət
Sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək Koronavirus infeksiyası ilə əlaqədar mövcud durumda dövlət kredit ödənişlərinə dəstək verəcək, kommunal xidmətlərin limiti artırılacaq. BakuCity.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib. O qeyd edib ki, vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək...
Cəmiyyət
Bir sıra istiqamətlər üzrə fəaliyyət 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlu...
Hakimiyyət
FHN də müvafiq tədbirlərə cəlb olunacaq Prezident İlham Əliye “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. BakuCity.az-ın məlumatına görə, dəyişikliyə əsasən, fərmanın 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,”...
Cəmiyyət
Ümumilikdə 273 yoluxma faktı qeydə alınıb Qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ ki pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir. Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxub, 30 mindən artıq...
Cəmiyyət
Əraziyə baxış keçirilib Paytaxt ərazisində fəaliyyət göstərən bəzi tikinti şirkətləri ölkədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara riayət etmir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, buna misal olaraq, Bakının Səbail rayonu Bayıl qəsəbəsi ərazisində “Sabah Residence” tərəfindən aparılan tikintini göstərmək olar. Məsələ ilə bağlı yaxınlıqda yaşayan sakinlərdən biri iddia edib ki, ölkə...
Cəmiyyət
Ət məhsulları mağazalarında acınacaqlı vəziyyət Pandemiyanın geniş yayıldığı bir zamanda əsas məsələ təmizliyə, gigiyenaya diqqət yetirməkdir – həm işləyənlər, həm də evdə qalanlar üçün. Evdə qalan insanların ən çox istifadə etdikləri məhsulların arasında ət də var. Bəs ət məhsulları satan mağazalarda vəziyyət necədir? Dəfələrlə bu tip obyektlərə reydlər təşkil olunub, mağaza sahibləri cərimələnib. BakuCity.az-ın məlumatına görə, Baku.TV-nin əməkdaşları xü...
Cəmiyyət
Əməkhaqqı saxlanılır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilib...
Ekologiya
Mülayim şimal küləyi əsəcək Bakıda mart ayının son gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 31-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9,...