Avtomobillərə ziyan dəyib
Bir neçə gün əvvəl paytaxtın H.Ələsgərov və M.Qaşqay küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
BakuCity.az xəbər verir ki, yağışlı havada yolayrıcını keçmə qaydasını pozan "Range Rover" markalı avtomobil digər avtomobillə toqquşub. Daha sonra arakəsmənin üstündən yol kənarındakı dəmirə “dırmaşıb”.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.
Həmçinin oxu: Bakıda iki avtobus toqquşub: yaralılar var - FOTO + VİDEO
Avtosfer.az hadisənin görüntülərini əldə edib. Məlum olub ki, avtomobili idarə edən xanım sürücü olub.