Bakı Metropoliteni yeni vaqonların qapısındakı "defekt"i necə düzəldəcək?

"Proqram təminatı çaşır və qapıları bloka salır"

"Bakı Metropoliteni" QSC yeni gətirilən vaqonlarda qapıların sıxılma zamanı açılmamasının tənzimlənməsi üçün Rusiyanın “Transmaşholdinq” QSC-nin şirkətlər qrupuna daxil olan “Metrovaqonmaş” ASC-yə məktub göndərməyə hazırlaşır. 

BakuCity.az xəbər verir ki, bunu qurumun baş mühəndisi Əlixan Osmanov “Report”a deyib.

Ə.Osmanovun sözlərinə görə, tezliklə həmin problemlər aradan qaldırılacaq:

“Bu məsələni biz mütəxəssislərlə müzakirə etmişik. Nəinki bundan sonra ölkəyə gətiriləcək qatarlarda, həmçinin bu vaxta qədər gətirilən yeni vaqonlarda proqram təminatını düzəltmək üçün zavoda məktub hazırlamışıq və göndərəcəyik". 

QSC-nin baş mühəndisi hesab edir ki, başqa ölkələrdə də yeni nəsil vaqonların istifadəsi zamanı belə problemlər ortaya çıxa bilər:

"Hər yerdə sərnişin qapını tutub saxlayır, proqram təminatı çaşır və qapıları bloka salır. Onların yenidən işə düşməsi üçün proqram təminatı yenidən yüklənməlidir. Biz artıq zavoda məktub hazırlamışıq və tələb edirik ki, proqram təminatı heç zaman qapıları bloka salmasın. Burada yalnız proqram təminatı qapıların bağlanması ilə bağlı komanda verməlidir. Digər məsələlər maşinist üçün saxlanılır. O, qapıların bağlanması əmrindən imtina edə bilər, yaxud qapıları yenidən açıb-bağlaya bilər". 

Ə.Osmanovun fikrincə, yaxın gələcəkdə bu problem olmayacaq:

"Təzə qatarlarda istehsalçı ilə istismar edənin birgə səyi nəticəsində belə məsələlər tədricən aradan qaldırılır. Köhnə qatarlarda da belə məsələlər var idi. Birinin kronşteyni tez-tez sınırdı, digərinin zənciri yerindən çıxırdı. Bunları da tədricən sahmana saldıq”.

Xatırladaq ki, bu il ərzində Bakıya 30 vaqon gətirilib. Yeni vaqonlarda olan təhlükəsizlik qaydalarına görə, uzun müddət sıxılaraq açıq qalan qapılar bağlandıqdan sonra bloklanır. Bloklanmanı aradan qaldırmaq üçün isə sistem yenidən işə salınmalıdır. Bu zaman isə metro vaqonlarında bir neçə saniyə elektrik enerjisi təchizatı kəsilir.

BakuCity.az

Bakı Metropoliteni vaqonlar qapı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
40 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Ana qızının könüllü qaçdığına inanmır Bakıda 21 yaşlı qız 40 yaşlı evli və uşaqlı kişi ilə birlikdə yoxa çıxıb.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Yeganənin qoşulub qaçdığı şəxs anasının müdirəsinin əridir. Evli kişiyə qoşulub qaçan tələbənin anası "Səni axtarıram" proqramına çıxaraq qızının könüllü qaçdığına inanmadığını bildirib. Ana qızının geri qayıtması üçün göz yaşları ilə yalvarıb. Yeganə universitetin 4-cü kurs tələbəsidir. BakuCity.a...
Hadisələr
Hadisə yerinə xilasedicilər cəlb olunub Bakının Nəsimi rayonunda bir nəfər özünü hündürmərtəbəli binadan atmaq istəyib. BakuCity.az xəbər verir ki, bu barədə hadisə şahidləri Baku.ws- bildiriblər. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsindəki çoxmərtəbəli binaların birində qeydə alınıb. Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilərin səyi nəticəsində intihar etmək istəyə...
Cəmiyyət
"Elə gün yoxdur ki, avtobus qapıları açıq hərəkət etməsin" “Hər səhər 29 nömrəli marşrut avtobusu qapısı açıq şəkildə hərəkət edir, insanlar da içindən acımış xəmir kimi daşırlar”. BakuCity.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya şikayətində Nəsimi rayon sakini Gülnarə Abbasova deyib. Şikayətçi bildirib ki, hər gün işə Badamdar-Avtovağzal marşrutu ilə işləyən 29 nömrəli avtobusla gedir: “Ancaq buna getmək demək olmaz. Mənzil başına çatana kimi sıxlıqd...
Hadisələr
Münaqişəyə münasibətlərə son vermək qərarı səbəb olub Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub. Xatırladaq ki, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub. BakuCity.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib ki,...
Cəmiyyət
Restoran isə faktı təsdiqləmir Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranındakı zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az-ın məlumatına görə, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib: "İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxl...
Ekologiya
Hava rütubətli olacaq Noyabrın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütu...
Hadisələr
İtkin düşən şəxs idarə rəisinin qardaşıdır Xəzər dənizində neftçi itkin düşüb. BakuCity.az “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub. Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır. SOCAR-ın mətbuat katib...
Mədəniyyət
"Zarafatımız dünəndən var" Xalq artisti Miri Yusif ötən gün Türkiyənin stəndap ulduzu Cem Yılmazla bir araya gəlib.  BakuCity.az Axeber.az-a istinadən məlumat verir ki, sənətçi, əvvəlcə Bakı Konqres Mərkəzində komediya aktyorunun çıxışını izləyib, daha sonra xanımı Nərgiz Mirbabayeva ilə birgə Cemlə görüşüb.  O, instaqramda foto paylaşaraq C. Yılmazın ona söz atmasına münasibət bildirib: “Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var. Gözəl kon...
Hadisələr
Magistralın ortasında bir neçə nəfər davaya qarışıb Bakıda baş vermiş qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Aeroport yolunda baş verib. Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırır və asta sürətlə gedir. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq ona yaxınlaşır və irad bildirir. Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyir. Zərbənin...