Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO

Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO

Sərgidən əldə olunan gəlir sosial layihəyə xərclənəcək

Bakı Fotoqrafiya Evində fotoqraf Eldar Əkbərovun 2018-ci ildə "Şaxta baba ucqar kəndlərdə" layihəsi çərçivəsində çəkdiyi fotolardan ibarət "11 GÜN" adlı sərgi açılıb.

BakuCity.az xəbər verir ki, noyabrın 8-nə qədər davam edəcək sərgidə builki layihəyə dəstək məqsədillə fotoların satışı da həyata keçirilir.

E.Əkbərov paytaxtdan bölgələrə körpü adlandırılan layihə və sərgi barədə məlumat verib:

"Şaxta baba ucqar kəndlərdə" ötən il 11 gün ərzində həyata keçirilib. Sərginin adı da elə bu günlərlə bağlıdır. Məqsədim orada olan ab-hava, sosial dəstəyə ehtiyac duyan uşaqların yaşayış tərzini və s. məqamları fotoların dili ilə anlatmaqdır”.

Qeyd edək ki, “Camping Azerbaijan”ın həyata keçirdiyi "Şaxta baba ucqar kəndlərdə" layihəsi 2015-ci ildən həyata keçirilir.

Layihə çərçivəsində hər il paytaxtdan yola düşən Şaxta babalar ucqar dağ kəndlərində yüzlərlə uşağa hədiyyə çatdırmaq üçün günlərlə qarlı dağlar aşırlar.

Sərgidə satılacaq fotolardan gələn gəlir layihə çərçivəsində növbəti proqramların həyata keçirilməsi üçün xərclənəcək.

Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-1 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-2 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-3 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-4 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-5 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-6 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-7 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-8 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-9 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-10 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-11 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-12 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-13 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-14 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-15 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-16 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-17 Bakıda “11 GÜN” fotosərgisi açıldı: Şaxta babalara dəstək olun - FOTO, fotoşəkil-18

Ramilə Qardaşxanqızı

Foto: Nicat Alili

BakuCity.az

Bakı fotosərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər