Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanıldı - VİDEO

Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanıldı - VİDEO

Təfərrüatlar öyrənilir

Bakıda avtomobildə erməni mahnısı səsləndirən şəxs saxlanılıb.

Bu barədə BakuCity.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə sosial şəbəkələrdə yayılan videoda avtomobilin içərisində erməni mahnısı səsləndirən şəxsin kimliyi müəyyən olunaraq saxlanılıb:

“Faktla bağlı müvafiq araşdırmalar aparılır, təfərrüatlar öyrənilir”.

Xatırladaq ki, noyabrın 3-də sosial şəbəkələrdə yayılan video ciddi müzakirələrə və narahatlığa səbəb olub. Həmin video Bakı küçələrində erməni mahnısı səsləndirilən avtomobildə çəkilib. Avtomobildə olanlar Azərbaycan dövləti əleyhinə ifadələr işlədir, milləti aşağılayan “zarafatlar” edirlər. Onlar öz danışıq tərzləri ilə guya gürcü olduqlarını bildirmək istəyirlər.

BakuCity.az

Bakı erməni təxribat
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər