Yenə sürət həddi...
Bakıda qayda pozaraq qəza törədən avtobus sürücüsünün görüntüsü “Təhlükəsiz şəhər” kamerasına qeyd olunub.
BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, paytaxtın 28 May küçəsinin sağ zolağında yüksək sürətlə hərəkət edən marşrut avtobusunun sürücüsü qəfildən sol zolağa keçərək qarşıda dayanmış “Mitsubishi” markalı avtomobillə toqquşub.
Həmçinin oxu: Bakıda "Lada" qırmızı işıqda keçdi, toqquşduğu "Audi" yandı - VİDEO
Yol-nəqliyyat hadisəsinə səbəb olan avtobusun sürücüsü həm hərəkət sürətinə riayət etməyib, həm də manevr qaydasının tələblərini kobud şəkildə pozub.