Birinin 20, digərinin 18 yaşı var
Bakıda itkin düşmüş iki gənc qız tapılıb.
BakuCity.az “Report”a istinadən xəbər verir ki, hadisə sentyabrın 22-də Nəsimi rayon Mustafayev küçəsində baş verib. Belə ki, 1999-cu il təvəllüdlü G.Nağıyeva həmin gün saat 10 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra 20 yaşlı gəncin yaxınları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müraciət ediblər.
Nəsimi Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində G.Nağıyeva tapılaraq ailəsinə təhvil verilib.
Həmçinin oxu: Bakıda iki gündə üç yeniyetmə qız itkin düşüb
Bundan başqa, noyabrın 1-də Nəsimi rayon, Hüseynbala Əliyev küçəsində yaşayan 2001-ci il təvəllüdlü F.Əliyeva evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.
F.Əliyeva da tapılaraq ailəsinə təhvil verilib.
BakuCity.az