BNA: Qəzaların səbəblərindən biri avtobuslarda gediş haqqının nağd olmasıdır

"Sürücüləri normadan iki dəfə artıq işlədirlər"

Bakı Nəqliyyat Agentliyi iki avtobusun toqquşması ilə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Agentlikdən BakuCity.az-a verilən məlumata görə, noyabrın 4-də Qara Qarayev prospektində “Azland Plaza” MMC-nin müvəqqəti istismarında olan 57 nömrəli xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə "BakuBus" MMC-nin müvəqqəti istismarında olan 7A nömrəli xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub.  Bu cür qəzaları şərtləndirən amillərdən biri sürücülərin iş və istirahət vaxtı ilə bağlı qanunvericiliyin tələbinin pozulmasıdır:

“Təəssüf ki, hadisə nəticəsində 57 nömrəli marşrutu üzrə hərəkət edən avtobusun sərnişinlərindən bəziləri xəsarət alıb. Aparılan ilkin araşdırma zamanı məlum olub ki, 57 nömrəli marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşarkən sürət həddini aşıb və idarəetməni itirərək nəqliyyat vasitəsini həmin vaxt dayanacaqda olan "BakuBus" MMC-yə məxsus avtobusa çırpıb.

Aparılan təhlillər bir daha onu göstərir ki, bu cür yol-nəqliyyat hadisələrinin səbəblərindən biri özəl daşıyıcıların gediş haqlarını nağd şəkildə (plan əsasında) həyata keçirməsidir. Belə olan halda sürücülər daha çox sərnişin daşımaq üçün digər sürücülərlə bəhsə girərək, təhlükəli ötmə əməliyyatları və manevrlər edirlər ki, bu da qəza riskini artırır”.

Qeyd olunub ki, bu cür qəzaları şərtləndirən digər bir amil sürücülərin iş və istirahət vaxtı ilə bağlı qanunvericiliyin tələbinin pozulmasıdır:

“Daşıyıcılar sürücüləri qanunvericilikdə nəzərdə tutulmuş normadan 2 dəfə artıq işlədirlər ki, bu da onların sükan arxasında avtobusları yorğun halda idarə etmələrinə gətirib çıxarır:

Bu cür halların baş verməməsi, sərnişindaşımada göstərilən xidmətin həm keyfiyyət, həm də təhlükəsizlik nöqteyi-nəzərdən yüksəldilməsi məqsədilə mütəmadi olaraq daşıyıcılarla iş aparılır. Xüsusilə sürücülərin peşəkarlığı, onların yol-hərəkəti qaydalarına riayət etmələri, sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılması üçün Agentlik tərəfindən daşıyıcılara zəruri tapşırıqlar verilir. Buna baxmayaraq, daşıyıcılar, onların dispetçer və sürücü heyəti tərəfindən sərnişindaşıma və yol-hərəkəti qaydalarına ciddi şəkildə əməl olunmur. 

Bir daha qeyd edirik ki, bu cür qayda pozuntularına yol verən şəxslər barədə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada tədbirlər görüləcək, sərnişindaşıma xidmətlərinin göstərilməsinə laqeyd yanaşan daşıyıcılar daşımalardan kənarlaşdırılacaqdır".

BakuCity.az

avtobus yol qəzası Bakı Nəqliyyat Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Dövlətin dəstək proqramının məbləği və istiqamətləri açıqlanıb Hazırda dünya iqtisadiyyatı “donub”, tələb və təklif eyni vaxtda daralır, işsizlik artır, pandemiya bəşəriyyəti təhdid edir, səhm və əmtəə bazarları, xüsusən də neft qiymətləri çöküb. BakuCity.az-ın məlumatına görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycanın antiböhran proqramı 2,5 milyard manat təşkil etməklə ÜDM-i...
Cəmiyyət
Sosial proqramların əhatə dairəsini genişləndirəcək və aztəminatlı insanlarımıza dəstək veriləcək Koronavirus infeksiyası ilə əlaqədar mövcud durumda dövlət kredit ödənişlərinə dəstək verəcək, kommunal xidmətlərin limiti artırılacaq. BakuCity.az-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirib. O qeyd edib ki, vergi güzəştləri və vergi tətilləri və ipoteka kreditlərinə dəstək...
Cəmiyyət
Bir sıra istiqamətlər üzrə fəaliyyət 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlu...
Hakimiyyət
FHN də müvafiq tədbirlərə cəlb olunacaq Prezident İlham Əliye “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 19 yanvar tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. BakuCity.az-ın məlumatına görə, dəyişikliyə əsasən, fərmanın 1.3-cü bəndinə “Daxili İşlər Nazirliyi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi,”...
Cəmiyyət
Ümumilikdə 273 yoluxma faktı qeydə alınıb Qlobal problemə çevrilmiş yeni koronavirus (COVID-19) infeksiyasının yayılmasına qarşı bütün dünyada intensiv qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq, hələ ki pandemiyanın qarşısını almaq və onun törətdiyi fəsadları minimuma endirmək səyləri nəticə vermir. Ümumdünya Səhiyyə Təşkilatının 2020-ci il martın 30-na olan məlumatına görə, dünyanın 203 ölkəsində 640 minə yaxın şəxs infeksiyaya yoluxub, 30 mindən artıq...
Cəmiyyət
Əraziyə baxış keçirilib Paytaxt ərazisində fəaliyyət göstərən bəzi tikinti şirkətləri ölkədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara riayət etmir. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, buna misal olaraq, Bakının Səbail rayonu Bayıl qəsəbəsi ərazisində “Sabah Residence” tərəfindən aparılan tikintini göstərmək olar. Məsələ ilə bağlı yaxınlıqda yaşayan sakinlərdən biri iddia edib ki, ölkə...
Cəmiyyət
Ət məhsulları mağazalarında acınacaqlı vəziyyət Pandemiyanın geniş yayıldığı bir zamanda əsas məsələ təmizliyə, gigiyenaya diqqət yetirməkdir – həm işləyənlər, həm də evdə qalanlar üçün. Evdə qalan insanların ən çox istifadə etdikləri məhsulların arasında ət də var. Bəs ət məhsulları satan mağazalarda vəziyyət necədir? Dəfələrlə bu tip obyektlərə reydlər təşkil olunub, mağaza sahibləri cərimələnib. BakuCity.az-ın məlumatına görə, Baku.TV-nin əməkdaşları xü...
Cəmiyyət
Əməkhaqqı saxlanılır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bu qurumun əməkdaşlarının əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, AMEA Rəyasət Heyətinin üzvlərinə, Rəyasət Heyəti aparatının işçilərinə, eləcə də Akademiyanın elmi müəssisələri və digər təşkilatlarının işçilərinə martın 29-dan bir ay müddətinə əməkhaqqı saxlanılmaqla məzuniyyət verilib...
Ekologiya
Mülayim şimal küləyi əsəcək Bakıda mart ayının son gününə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, martın 31-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9,...