Noyabrın 10-da mitinq gözlənilir
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) “Müsavat”ın mitinqlə bağlı müraciətinə cavab verib.
BakuCity.az-ın məlumatına görə, BŞİH-in cavab məktubu təşkilatçılara təqdim edilib.
Məktubda noyabrın 10-da, saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında “Müsavat”ın mitinq keçirməsinə razılıq verildiyi qeyd edilib.
Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.
BakuCity.az