Yeni restoranlar açılacaq
Bakıda Dənizkənarı Milli Parkın ərazisində tikiləcək obyektlərin görüntüləri yayılıb.
BakuCity.az News24.az-a istinadən məlumat verir ki, Bakı bulvarının tarixi incisi olan “Mirvari” kafesinin yenidənqurma layihəsini haırlayanlar Milli Park ərazisində bir neçə başqa kafe-restoran üçün də layihə təqdim ediblər.
Həmçinin oxu: Bakının ən iri ticarət mərkəzinin açılışı gecikir
Bulvarın müxtəlif yerlərində, əsasən də yeni salınmış hissədə yeni kafelərin açılması gündəmdədir.
Yaxın vaxtlarda park ərazisində “Çıraq”, “Kub”, “Taxta” və “Çayxana” adlı yeni kafe-restoranların istifadəyə veriləcəyi gözlənilir.