Bakıda marketi qarət edənlər kameraya düşdü - FOTO + VİDEO

850 manat pulu götürərək qaçıblar

Bakının Nəsimi rayonunda yerləşən marketdə oğurluq hadisəsi baş verib.

BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsində İmanov Cavid Ağaisa oğluna məxsus marketdə qeydə alınıb.

2 nəfər naməlum şəxs əvvəlcə marketin ətrafında gəzişib. Oğrular yaxınlıqda heç kəsin olmadığına əmin olduqdan sonra marketin qoruyucu dəmirlərini və şüşə qapısını qıraraq içəri daxil olublar.

Mağaza sahibinin sözlərinə görə, oğrular mağazadakı ərzaq mallarına toxunmayıblar. Onlar sadəcə kassada olan 850 manat pulu götürərək qaçıblar.

Marketin çöl və içəri hissəsində olan təhlükəsizlik kameraları baş verən oğurluğu anbaan lentə alıb. Cavid İmanovun Baku TV-yə təqdim etdiyi görüntülərdə hadisənin gedişatı əks olunub.

Mağaza sahibi məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşları hadisə yerinə baxış keçirərək lazımi istintaq tədbirləri görüblər. Hazırda Nəsimi polisi oğurluğu törədən şəxsləri axtarır.

BakuCity.az

Bakı mağaza qarət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
63 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Borular sıradan çıxıb Bakının Xətai rayonunda yerləşən bina sakinlərinin su ilə bağlı uzun zamandır üzləşdiyi problem aradan qaldırılır. Söhbət Xətai rayonu Zığ şosesi, bina 31-dən gedir. BakuCity.az-ın məlumatına görə, Xətai Rayon Sukanal İdarəsinin rəisi Etibar İbrahimov Trend-ə bildirib ki, su borularının köhnəlməsi səbəbindən binanın bir hissəsi susuz qalıb. Onun sözlərinə görə, yaxın günlərdə problemin həll ilə bağlı işlər başlayacaq: "Artıq müvafiq t...
Hadisələr
"Qız hafizəsini itirib" Bakıda 15 yaşlı qızın döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, noyabrın 18-i gecə saatlarında Binəqədi rayonu, 1-ci mədəndə 2004-cü il təvəllüdlü Ə.Z döyülüb. Qızın anası Samirə Əliyeva bildirib ki, Z.Ə-ni "Lələ” ləqəbli 28-30 yaşlı kişi döyüb: "Qızım dəfələrlə deyirdi ki, "Lələ” mənə küçədə pis sözlər deyir. Uşaq bilib keçirdim. Bacısı xəstə olduğu üçün qızımı aptekə göndərdim...
Cəmiyyət
Tariflər təsdiqlənməyib "Əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş, parklanma üçün müvafiq nişanların da qoyulduğu bütün parklanma yerlərində avtomobilləri park etmək olar və ödənişsizdir”. BakuCity.az xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev sürücülərin parklanma yerləri üçün tələb edilən ödənişlərə etirazına cavab verərkən bildirib. M.Ağayev qeyd edib ki, əv...
Cəmiyyət
Bu il 934 mənzil verilməsi planlaşdırılıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış tam təmirli 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasətinə uyğun ol...
Cəmiyyət
Borc məsələsi qüvvədə qalır Noyabrın 15-dən etibarən payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istiliyin verilməsinə başlanmalı idi. Lakin “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyinə borcu səbəbindən binalara istiliyin verilməsi təxminən sutka yarım yubandı. Bununla belə, hələ də bəzi ərazilərdə sakinlərin istilikdən yararlana bilməməsi, bəzi yerlərdə isə istiliyin zəif olması ilə bağlı şi...
Hakimiyyət
6 milyon manat ayrıldı Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BakuCity.az xəbər verr ki, sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 2019...
Hadisələr
Qəflətən alışma olub Bakıda gəlin maşını yanıb. BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə aeroport yolunda qeydə alınıb. Hadisə zamanı toy üçün bəzədilmiş gəlin maşını qəfildən alışaraq yanıb. BakuCity.az
Cəmiyyət
Növbə Nizami, Yasamal və Nəsimi rayonlarınındır Britaniyalı mütəxəssislər Bakıdakı layihənin uğurunu qeyd etdilər Artıq 4 aydır ki, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın “Mott MacDonald” şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin paytaxtın Nərimanov rayonunda icrası həyata keçirilir. Bakı...
Cəmiyyət
"Sizi ayın 15-dək köçürdəcəyəm" Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şüvəlanda 20 ailənin məskunlaşdığı, yaşamaq üçün tamamilə yararsız binanın sakinləri qəbul edilib, onların vəziyyəti ilə maraqlanıblar. BakuCity.az-ın Baku TV-yə istinadən verdiyi məlumata görə, görüşdən sonra qurum təcilli olaraq sakinlərin yeni yaşayış evləri ilə təmin olunması barədə qərar qəbul edib. Sakinlər komitənin sədri Rövşən Rzayevin şəxsən bu ünvan...