Bakıda ana doğuş zamanı ölüb

Bakıda ana doğuş zamanı ölüb

Yaxınları meyitin daxili müayinəsinə etiraz ediblər

Bakıda doğuş zamanı ana ölüb.

BakuCity.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. 1991-ci il təvəllüdlü Xırda Həsənova günorta saatlarında “İnternational Medical Center-1” klinikasına yerləşdirilib. Ona 37-38 həftəlik hamiləlik, “uşaqlıqda çapıq” diaqnozu qoyulub.

Qeysəriyyə əməliyyatı nəticəsində Xırda Həsənova ölüb, körpə salamat doğulub, səhhəti normaldır.

Xəstə yaxınları X.Həsənovanın meyitinin daxili müayinə olunmasına etiraz edərək cənazəni klinikadan aparıblar.

Araşdırma aparılır.

BakuCity.az

Bakı ana ölümü doğuş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər