Mənzil 3 otaqlıdır
Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib.
BakuCity.az xəbər verir ki, bu barədə Qafqazinfo-ya şairin özü bildirib.
O qeyd edib ki, mənzil Bakı şəhərindədir və üç otaqlıdır.
Şair ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib:
“Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.
BakuCity.az