Bakıda satılan avtomat sürət qutulu ƏN UCUZ AVTOMOBİLLƏR - QİYMƏTLƏR

Ən ucuz avtomobillərin siyahısı

Son illər ölkəyə idxal edilən avtomobillər üçün aksiz dərəcələrinin yüksək olması, xaricdən əsasən kiçik mühərrikli avtomobillərin gətirilməsinə səbəb olub. FED.az xəbər verir ki, mühərrikin həcmi azalsa da, avtomat sürət  qutusuna tələbat azalmayıb. Ölkə sakinləri əvvəlki kimi məhz avtomat sürət qutulu avtomobillərə üstünlük verirlər.

BakuCity.az FED.az-a istinadən hazırda ölkədə satılan avtomat sürət qutulu ən ucuz avtomobillərin siyahısını təqdim edir: 

«Hyundai Accent»

«Hyundai» şirkətinin ölkəmizdə satılan ən ucuz modelinin qiyməti 25 800 manatdan başlayır. Avtomobilin 1,6 litrlik mühərriki həcmi 107 at gücü verir.

Kreditlə - 50% ilkin ödəniş olmaqla almaq olar. 4 illik kreditlərin faiz dərəcəsi 17%, 3 illikdə isə 16%-dir. «Hyundai Accent»i lizinqlə də almaq olar - 20% ilkin ödəniş, 1-4 illiyə.

«Kia Rio»

Hazırda «Kia»nın ən ucuz variantı «Rio»dur - 25 300 manat. 1,4 litrlik mühərrik 123 at gücü verir. «Rio»nu kredit və lizinq şərtlərilə almaq olar. Kreditlə ilkin ödəniş 50%,  36-48 aylıq müddətə. 3 illik kredit 16%, 4 illik kredit 17%-lə ayrılır.

Lizinq variantında isə ilkin ödəniş 25%-dir.

«Chevrolet Aveo»

Azərbaycanda satılan ən ucuz amerikan avtomobili «Chevrolet Aveo»dur – 25 950 manat. 1,4 litr və 86 at gücü.

«Aveo»nu 3 illik kreditlə almaq olar – ilkin ödəniş 6900 manat təşkil edir.

«Volkswagen Polo»

«Volkswagen» şirkəti Azərbaycanda fasiləsiz endirim kampaniyaları keçirsə də, avtomobillərin qiyməti yalnız artmağa doğru hərəkət edir. Hələlik şirkətin ən ucuz modeli «Volkswagen Polo»dur – 25 000 manat.  1,6 litrlik mühərrik 110 at gücündədir. Bu avtomobili 50% ilkin ödənişlə 1-5 illik kreditlə və ya 20% ilkin ödənişlə lizinqlə almaq olar.

«Nissan Sunny»

«Nissan Sunny»nin qiyməti 23 630 manatdan baslayir. 1,5 litr mühərrik 107 at gücü verir. Kreditlə ilkin ödəniş 50%, lizinqlə 20% olmaqla, 3-5 illiyə götürmək olar.

«Skoda Fabia»

«Skoda» Azərbaycanda hələ ki, populyar olmayan və alıcılarının hələlik ehtiyatla yanaşdığı brenddir. Amma bu hal «Skoda»nın ən ucuz versiyası olan «Fabia»nın  daha populyar brendlərdən də bahalığına mane olmayıb – 28 900 manat. Bir qədər qəribə görünən 1 litrlik mühərrik turbonun hesabına 110 at gücü verir. 1,6 litr mühərriki olan «Skoda Rapid» də eyni gücdədir. Bu avtomobilləri 9700 manat ilkin ödənişlə illik 16% kreditlə götürmək olar.

«Daewoo Ravon»

«Daewoo» Azərğaycan bazarında cəmi bir yeni modellə təmsil olunsa da, qənaətliyi və ucuz qiymətinə görə taksi sürücüləri arasında populyardır – 19 000 manat. 1,2 litr mühərrik 90 at gücü verir. Bu avtomobili 5300 manat ilkin ödənişlə aylıq 438 manatdan kreditə götürmək olar. 

«Opel corsa»

«Opel»in ən ucuz yeni avtomobili 26 900 manatdır. 1,4 litr mühərrik 100 at gücü verir. 50% ilkin ödəniş olmaqla illik 18%lə 48 aylığa götürmək olar.

«Renault Sandero»

«Renault Sandero» hazırda bazarda olan ən maraqlı variantlardan biridir – 25 330 manat. 1,6 litrlik mühərrik 102 at gücü verir. 50% ilkin ödəniş olmaqla 3-5 illiy faizsiz kreditə götürmək olar.

«Lada Granta»

«Lada»nın Azərbaycanda yeganə avtomat sürət qutulu avtomobili – hələlik ən ucuz variantdır – 17 000 manat. 1,6 litrlik mühərrik 87 at gücü verir. 10 min manat ilkin ödəniş olmaqla 24 aylığa kreditə götürmək olar.

BakuCity.az

Bakı avtomobillər ucuz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

İdman
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Azərbaycanda iyunun 1-dən etibarən açıq havada idman yarışlarının təşkilinə icazə verilib.  Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qərara əsasən, yarışlarda tamaşaçılar iştirak etməyəcək.  BakuCity.az
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxma halında kəskin artım müşahidə olunur. Azərbaycanda 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 103 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat edib.  Hazırkı dövrədək ölkədə 4 989 nəfərin k...
Cəmiyyət
Azərbaycanda iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunacaq. May 31-i saat 00:00-dan xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasına qərar verilib. Bu barədə BakuCity.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki,  ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictim...
Cəmiyyət
Azərbaycanda koronovirus nfeksiyasının yayılması nəzərət altına alınıb.  Ötən müddət ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və infeksiyanın yayılması nəzərət altına alınmışdır.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumatda bildirilir ki, bununla belə dünyada pandemiya vəziyyəti hələ də davam etdiyindən...
Hakimiyyət
Baş Nazir Əli Əsədov karantin rejimi ilə bağlı qərar verib. Baş Nazir Əli Əsədov xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərar verib. BakuCity.az-ın verdiyi xəbərə görə, qərarda deyilir: “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yo...
Cəmiyyət
Azərbaycanda koronavirusla bağlı yeni sistem yaradılıb. Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirləri çərçivəsində www.koronavirusinfo.az saytında “Qaydalar hamı üçün eynidir” sistemi yaradılıb. BakuCity.az xəbər verir ki, layihənin məqsədi pandemiya dövründə xüsusi sanitar rejimi tətbiq edilən fəaliyyət sahələri və istiqamətlərdə qaydalara əməl olunmasına ictimai nəzarəti gücləndirməkdir. Vətəndaşlar qida məshullarının ticarəti,...
Cəmiyyət
Ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Xəbər verdiyimiz kimi, dünən Azərbaycanda 191 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Ümumiyyətlə, ölkədə koronavirusa yoluxanların sayında çoxalma müşahidə olunur. Daha çox yoluxma isə şənbə-bazar və bayram günlərinə təsadüf edir. Artma dinamikası davam edərsə mayın 31-dən sonra karantin rejimi yenidən sərtləşdirilə bilərmi? BakuCity.az xəbər verir ki, bununla bağlı millət vəkili Cavi...
Biznes
Güzəştli mənzillərin qiyməti açıqlanıb. Mənzil İnşaatı Dövlət Agentliyi Hövsan qəsəbəsindəki yaşayış kompleksində güzəştli mənzillərin satışını elan edpib. BakuCity.az xəbər verir ki, burada mənzillərin qiyməti əvvəlki  – Yasamaldakı kompleksdəki qiymətlərdən daha aşağı olacaq. Hövsanda 1 otaqlı mənzillərin qiyməti 32 min 130 manatdan, 2 otaqlılar 42 min 415 manatdan, 3 otaqlılar 57 min 120 manatan başlayır. Mənzili ipoteka krediti ilə deyil, nağd şəkildə...
Cəmiyyət
S.Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının Baş rejissoru, əməkdar artist Sərvər Əliyevdən koronavirus testləri üçün götürülən nümünələrin cavabı pozitiv çıxıb. BakuCity.az xəbər verir ki, bu barədə rejissorun özü məlumat verib. Rejissorun sözlərinə görə, ailə üzvlərindən koronavirus üçün götürlən test nümünələrinin cavabı isə neqativ olub: "Yaxşılağa doğru g...