X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı: Gəlin, havayı baxın - FOTO

X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı: Gəlin, havayı baxın - FOTO

Kinoteatra giriş pilsuzdur

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının möhtəşəm açılışı olub.

BakuCity.az-ın məlumatına görə, bu il festivalda dünyanın 79 ölkəsindən 3484 qısametrajlı film təqdim olunur. 84 rəsm milli proqramda və "Cinemobil" müsabiqəsində iştiraka yönəldilib. Seçmə mərhələ zamanı əsas proqrama 21 ölkədən 48 film daxil edilib. Ümumilikdə beynəlxalq proqrama daxil edilmiş 29 film və milli proqramın 19 filmi "Qızıl nar" baş mükafatı uğrunda mübarizə aparır. 

Beynəlxalq müsabiqənin qaliblərini bir çox kino mükafatlarına layiq görülən kino və teatr rejissoru, ssenarist İlqar Safat (Azərbaycan), 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı kinorejissor Rezan Yaşılbaş (Türkiyə), 60-dan xarici festivallarda mükafatlara layiq görülən Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri (Gürcüstan) və əməkdar incəsənət xadimi Bəhram Bağırzadədən (Azərbaycan) ibarət Beynəlxalq münsiflər heyəti seçəcək. Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru” nominasiyaları üzrə mükafatlandırılacaqlar.

Yerli müsabiqədə "Qızıl nar" mükafatı uğrunda mübarizə aparacaq filmləri yerli mütəxəssislərdən ibarət münsiflər heyəti – xalq artisti Vidadi Həsənov, əməkdar artist Gülzar Qurbanova, DokuBaku Film Festivalının direktoru, rejissor İmam Həsənov müəyyənləşdirəcək. Qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı sosial çarx”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari” nominasiyaları üzrə seçiləcək. 

Tədbirin çoxsaylı qonaqları arasında Azərbaycanın xalq artisti, teatr və kino aktyoru Fəxrəddin Manafov, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev, teleaparıcı, kino aktyoru Ruslan Sabirli və başqaları var.

Açılış mərasimində musiqi proqramı təqdim olunub, festivalın proqramına daxil olan üç film - "Son seçim" (Azərbaycan, rejissor Amil Mamiev), "Bu gün - Xeyr" (Belçika, Dəniz Yaqub) və "Ağır Crow Kölgəsi" (İran, Behram Əsədolahi) nümayiş olunub. 

Beynəlxalq proqramda qaliblər bu kateqoriyalar üzrə müəyyənləşdiriləcək: "Ən yaxşı bədii film", "Ən yaxşı sənədli film", "Ən yaxşı animasiya filmi", "Bədii film üzrə ən yaxşı rejissor", "Sənədli film üzrə ən yaxşı rejissor" və "Ən yaxşı animasiya filminin rejissoru".

Qeyd edək ki, festivalda təqdim olunan filmlər 6-9 noyabr tarixlərində, saat 11:00-dan 16:00-dək Nizami kinoteatrında nümayiş olunacaq. Giriş pulsuzdur.

Festivalın bağlanışı və qaliblərin mükafatlandırılması noyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində olacaq.

X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı: Gəlin, havayı baxın - FOTO, fotoşəkil-1 X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı: Gəlin, havayı baxın - FOTO, fotoşəkil-2 X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı: Gəlin, havayı baxın - FOTO, fotoşəkil-3 X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı: Gəlin, havayı baxın - FOTO, fotoşəkil-4 X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı: Gəlin, havayı baxın - FOTO, fotoşəkil-5 X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı: Gəlin, havayı baxın - FOTO, fotoşəkil-6 X Bakı Beynəlxalq Qısa Filmlər Festivalı başladı: Gəlin, havayı baxın - FOTO, fotoşəkil-7

Züleyxa İsmayılova

Foto: Nicat Alili

BakuCity.az

Bakı film festivalı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər