61 yaşlı kişi döyüldü
Bakının Binəqədi rayonunda döyülmə hadisəsi qeydə alınıb.
BakuCity.az xəbər verir ki, bununla bağlı Oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, hadisə oktyabrın 28-də saat 19:00 radələrində S.S.Axundov küçəsi, ev 11/35-in qarşısında Aidə və Jalə adlı şəxslər xuliqanlıq zəminində Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Sədrəddin Əkbər oğlu Əkbərovu döyüb.
S.Əkbərov noyabrın 6-da Binqədəri Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə şikayət edib.
BakuCity.az