"Azərsu" Bakıda qazdığı yollar barədə: "Biz təmir etməməliyik"

"Azərsu" Bakıda qazdığı yollar barədə: "Biz təmir etməməliyik"

"Bakının kanalizasiya sistemi təkmilləşdiriləcək"

Bakının mərkəzini bəzən yağış suları basır ki, bunun da səbəbi kanalizasiya xətlərinə atılan tullantılardır.

BakuCity.az xəbər verir ki, bunu mətbuat konfransında “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib.

O bildirib ki, kanalizasiya xətlərinə bazarlardan və ticarət mərkəzlərindən artıq tullantılar atılır:

“Yağıntının həcmi böyük olanda isə xətlər suyu daşıya bilmir. Kanalizasiya xətləri mütəmadi olaraq təmizlənir. Bununla belə, bir sıra ərazilərdə yağış barmaqlıqlarınin sayının artırılması nəzərdə tutulur. Həmçinin gələn ildən Bakının kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı layihə icra ediləcək”.

Q.Hüseynov rəhbərlik etdiyi qurumun yolları qazdıqdan sonra təmir etməməsi ilə bağlı ittihamlara da münasibət bildirib:

“Qazdığımız yolları biz təmir etməməliyik. “Azərsu”nun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə müqaviləsi var. Bu müqaviləyə əsasən, yolları onlar təmir etməlidirlər. Bəzən təmir bir-iki gün çəkir, bu isə camaatın haqlı narazılığına səbəb olur. Bildiyim qədər Agentlik işləri tez görmək üçün yeni qurğular alıb”. 

BakuCity.az

Bakı Azərsu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər