Havanın temperaturu 21 dərəcəyə çatacaq
Sabah Bakıda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, noyabrın 8-də paytaxtda havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-12, gündüz 19-21 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 8-də Bakıda iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
BakuCity.az