Bakıda xəstəxanaya hücum edənlər AXCP fəalının qohumları imiş - YENİLƏNİB

Bakıda xəstəxanaya hücum edənlər AXCP fəalının qohumları imiş - YENİLƏNİB

Sərxoş kişilər dava salıblar

Bakıda xəstəxana rəhbərliyi AXCP fəalının qohumları tərəfindən hücuma məruz qaldıqlarını bildirib.

BakuCity.az Bizimyol.info-ya istinadən məlumat verir ki, haqqında danışılan xəstə AXCP fəalı Asif Yusiflinin qızıdır. 2015-ci il iyulun 15-də məhkəmə A.Yusiflini təqsirli bilərək 7,5 il azadlıqdan məhrum edib. Sonradan Ali Məhkəmə cəza müddətini 6 ilədək azaldıb. O, dələduzluqda ittiham edilib.

A.Yusifli və təmsil etdiyi partiya ittihamları qəbul etmir və onun siyasi fəaliyyətinə görə həbs olunduğunu bildirir.

14:02

Dünən gecə Bakıdakı Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstənin yaxınları tərəfindən təhqir və şantaj ediliblər.

BakuCity.az xəbər verir ki, bu barədə Oxu.Az-a xəstəxananın baş həkimi Bəyalı Məmmədov bildirib.

Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Esmira Asif qızı Yusifova təcili tibbi yardımla ağır vəziyyətdə xəstəxanaya çatdırılıb:

“Xəstə anadangəlmə I tip şəkər xəstəsi olub. Dərhal reanimasiya şöbəsinə yerləşdirilib, tibbi yardım göstərilib, şəkəri normal vəziyyətə salınıb.

Mən və müavinlərim bir neçə dəfə xəstənin vəziyyətinə şəxsən nəzarət etmişik. Gecə xəstənin anası və daha dörd kişi qohumu reanimasiya şöbəsinə keçməyə cəhd ediblər. Kişilər sərxoş vəziyyətdə olduğundan dava salıblar.

Reanimasiya şöbəsində bir neçə ağır xəstə var, bu şöbəyə giriş qadağandır. Həkimlər həmin insanları sakitləşdirməyə çalışarkən təhqir olunublar. Yalnız mühafizəçilərin müdaxiləsi ilə onları şöbədən çıxarmaq mümkün olub”.

BakuCity.az

Bakı xəstəxana hücum
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər