Aktrisa 73 yaşında dünyasını dəyişib
Xalq artisti Amaliya Pənahovanın məzarı üzərində abidəsi ucaldılıb.
BakuCity.az APA-ya istinadən xəbər verir ki, məzarüstü abidə "Qurd qapısı" qəbiristanlığında qoyulub.
Qeyd edək ki, A.Pənahova həyat yoldaşı Yusif Muxtarovun yanında dəfn edilib.
Aktrisa ötən ilin noyabrında 73 yaşında vəfat edib.
A.Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib və onlar hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.