Bakıda iş adamı kiçik heykəli 20 min manata aldı - FOTO

Bakıda iş adamı kiçik heykəli 20 min manata aldı - FOTO

Ümumilikdə 2 lot satılıb

Bu gün Bakıda Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə incəsənət əsərlərinin növbəti auksionu keçirilib.

BakuCity.az xəbər verir ki, hərraca Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya”, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızda-yaz”, Namiq Məmmədovun “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əlinin “Karvan” və İlham Mirzəyevin “Antik büst – qızılı fonda” əsərləri çıxarılmışdı.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, hər bir azərbaycanlının evinin divarından yerli rəssamların əsərləri asılmalıdır.

Daha sonra hərracın ilk çəkici vurulub və satışa çıxarılan əsərlər elan edilib.

Rəssam, heykəltəraş Mahmud Rüstəmovun ilkin qiyməti 5600 manat olan, qranit, bürünc və qızıldan hazırlanmış “Qadın müxtəlif əhvallarda” əsəri 5610 manata satılıb. Heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun tuncdan hazırlanmış “Atlar” əsəri 20 050 manata alıcısını tapıb.

Budəfəki auksionda ümumilikdə 2 lot satılıb. Ən bahalı lot A.Əsgərovun “Atlar” əsəri olub. Əsəri iş adamı İsgəndər Xəlilov satın alıb.

Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilk qiymətləri 2500-20000 manat arasında təyin olunmuşdu.

Bakıda iş adamı kiçik heykəli 20 min manata aldı - FOTO , fotoşəkil-1 Bakıda iş adamı kiçik heykəli 20 min manata aldı - FOTO , fotoşəkil-2 Bakıda iş adamı kiçik heykəli 20 min manata aldı - FOTO , fotoşəkil-3 Bakıda iş adamı kiçik heykəli 20 min manata aldı - FOTO , fotoşəkil-4 Bakıda iş adamı kiçik heykəli 20 min manata aldı - FOTO , fotoşəkil-5 Bakıda iş adamı kiçik heykəli 20 min manata aldı - FOTO , fotoşəkil-6 Bakıda iş adamı kiçik heykəli 20 min manata aldı - FOTO , fotoşəkil-7 Bakıda iş adamı kiçik heykəli 20 min manata aldı - FOTO , fotoşəkil-8

BakuCity.az

Bakı hərrac heykəl iş adamı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər