Sürücülər bu yolda diqqətli olmalıdırlar

Sürücülər bu yolda diqqətli olmalıdırlar

Sürücülər diqqətli olsunlar

Bakı-Şamaxı yolunun bir hissəsində rəngləmə işləri görüləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BakuCity.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə 7-9 noyabr tarixlərində saat 10:00-dan başlayaraq saat 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-101 km hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu səbəbdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. 

BakuCity.az

Bakı rənglənmə işləri Şamaxı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər