Bakının iki adasını birləşdirən yol çəkilə bilər - FOTO

Bakının iki adasını birləşdirən yol çəkilə bilər - FOTO

Yolun uzunluğu 22 km olacaq

Azərbaycan hökuməti Pirallahı və Çilov adalarını birləşdirəcək yol çəkməyi planlaşdırır. 

BakuCity.az xəbər verir ki, “Report”un Energetika Nazirliyindən əldə etdiyi məlumata görə, bu məsələ “Pirallahı” Külək Enerji Parkının salınması çərçivəsində nəzərdə tutulub.

Pirallahı-Çilov yolunun uzunluğu 22 km olacaq.

Parkın ümumi gücünün 198 MVt olması planlaşdırılır. Layihə çərçivəsində hər biri 3,3 MVt gücə malik 60 ədəd külək turbininin quraşdırılması nəzərdə tutulur. Lakin bu rəqəm dəyişə də bilər. 

"Layihənin ümumi dəyəri hələ ki, dəqiq qiymətləndirilməyib. Bunun üçün texniki-iqtisadi əsaslandırma hazırlanmalıdır, lakin 2017-ci ildə aparılmış təqribi qiymətləndirmə əsasında həmin məbləğin 440 milyon avro olduğu müəyyənləşdirlib” – deyə nazirlikdən bildirilib.

Layihənin reallaşdırılmasına “China Power Engineering Consulting Group Corporation” (CPECC) maraq göstərir və hazırda bu şirkətlə layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması istiqamətində müzakirələr aparlır. 

“Layihənin icrasına başlanılması bu sahəni tənzimləyən normativ hüquqi bazanın formalaşdırılmasından asılıdır. Energetika Nazirliyi artıq bu istiqamətdə tədbirlər həyata keçirməyə başlayıb. "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanun layihəsi hazırlanaraq rəy və təkliflər üçün aidiyyəti üzrə təqdim edilib”, - deyə qurumdan qeyd olunub.

Bakının iki adasını birləşdirən yol çəkilə bilər - FOTO, fotoşəkil-1 Bakının iki adasını birləşdirən yol çəkilə bilər - FOTO, fotoşəkil-2

BakuCity.az

Bakı yol Pirallahı Çilov adası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər