Bakıda möhtəşəm gün - İçərişəhər Metrostansiyasında Tanqo Şou

Bakıda möhtəşəm gün - İçərişəhər Metrostansiyasında Tanqo Şou

İçərişəhər Metrostansiyasında Tanqo Şou

Argentinanın Azərbaycandakı Səfirliyi və “United Cultures”-in The Landmark, Bakı Metropoliteni, Nizami Kinoteatr Mərkəzi və Nizami Restaurant & Lounge ilə birgə təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 29 Noyabr - 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır.

"United Cultures"dən BakuCity.az-a verilən məlumata görə,İçərişəhər Metrostansiyası, Tango məktəblərinin dəstəyi ilə 8 noyabr saat 17.00-da festival öncəsi tədbirə ev sahibliyi edəcəkdir:

"IN Tango Baku", "Tango On", "El Club de Tango", Badi Kuba, "R&N-project Dance School" və "Tango Dj Al Fredo" metro sərnişinlərini Argentinanın Tanqo atmosferini və zərifliyini hiss etməyə dəvət edəcəklər.

Hər kəs əvvəllər rəqs etməmiş olsa belə, tək özü və ya dostları ilə Argentinanın Tanqo ab-havasında bu təcrübəni yaşayacaq".

Qeyd edək ki, Festivalda nüfuzlu beynəlxalq rəqqaslar ehtiras dolu duyğularını paylaşacaqlar. 3-cü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa Çempionları Aqustina Piyacco və Maksim Gerasimo (Argentina/Rusiya), Akosta və Levan Qomelauri (Gürcüstan) iştirak edəcəklər. Onlar rəqs elementlərinin zərifliyi ilə hər kəsi heyran edirlər.

Nəzərinizə çatdırırıq ki, festivalda dövrün ən yaxşı bandoneonistlərindən biri hesab olunan, Argentinada təhsil almış bandoneon ifaçısı Viktor Hüqo Vilena və müasir tanqo və Argentina musiqisində ən görkəmli gitara ifaçılarından biri olan Lautaro Tisseranı da görə biləcəksiniz.

Festivalın informasiya tərəfdaşı Bakucity.az saytıdır. 

Bakıda möhtəşəm gün - İçərişəhər Metrostansiyasında Tanqo Şou , fotoşəkil-1

Bakucity.az

Bakı Tango Şou
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər