Bakıda kişi özünü xəstəxananın pəncərəsindən atdı - YENİLƏNİB

Vəziyyəti normal və qənaətbəxş idi

Respublika Diaqnostika Mərkəzinin xəstənin özünü xəstəxananın pəncərəsindən atması hadisəsi ilə bağlı məlumat yayıb.

Mərkəzdən BakuCity.az-a verilən məlumata görə, dünya statistikasına əsasən, xroniki böyrək çatışmazlığından əziyyət çəkən və böyrək transplantasiyası icra olunmuş xəstələrin 25%-i ağır depressiv vəziyyətdə olur. Bununla bərabər, dünyada aparılan ciddi statistika araşdırmalara görə, xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin 21%-də suisidial cəhdlər qeydə alınır. Dünya üzrə xəstəxanalarda baş verən suisidial hallar isə 6,1% təşkil edir:

"Qeyd etmək istəyirik ki, böyrəkköçürmə əməliyyatından əvvəl hər bir xəstə və donoru psixiatr müayinəsindən mütləq şəkildə keçir. Martın 1-də müayinə olunmaq üçün Respublika Diaqnostika Mərkəzinə müraciət edən 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu da bütün zəruri müayinələrdən, həmçinin psixiatr baxışından keçib. Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Oktyabrın 5-i normal vəziyyətdə evə yazılıb. Xəstənin əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi tərəfindən ödənilib".

Bildirilib ki, xəstə aldığı immunsupressiv (immunitet sisteminin zəifliyi) müalicə ilə bağlı bir sıra narahatlıqlar yaşadığından yenidən müayinə olunması üçün oktyabrın 9-da xəstəxanaya yerləşdirilib. Həmin tarixdən noyabrın 7-nə kimi aparılan müalicə nəticəsində xəstənin ümumi vəziyyətində yaxşılaşma müşahidə olunub. Xəstənin laborator göstəriciləri və əməliyyatdan sonra köçürülmüş böyrəyinin vəziyyəti normal və qənaətbəxş idi. O, xəstəxanada müalicədə olduğu müddət ərzində, həmçinin intihar hadisəsinin baş verdiyi gün də ailə üzvləri ilə görüş olub. Yaxın günlərdə evə yazılması planlaşdırılırdı.

Qeyd edək ki, pasiyent Gülməmmədov İlkin noyabrın 7-də isə müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsinin pəncərəsindən özünü yerə atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

09:14

Bakıda Respublika Müalicəvi Diaqnostika Mərkəzində ölüm hadisəsi qeydə alınıb. 

BakuCity.az APA-ya istinadən məlumat verir ki, böyrəyindən əməliyyat olunan 1976-cı il təvəllüdlü Gülməmmədov İlkin Şubay oğlu özünü xəstəxanada qaldığı otağın pəncərəsindən atıb.

O, aldığı xəsarətlərdən ölüb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən bildirilib ki, xəstə İ.Gülməmmədov ilk dəfə bu il martın 1-də müayinə olunmaq üçün xəstəxanaya müraciət edib:

Həmçinin oxu: Bakıda xəstəxanaya hücum edənlər AXCP fəalının qohumları imiş - YENİLƏNİB

“Sentyabrın 23-də xəstə əməliyyat olunaraq ona böyrək köçürülüb. Gülməmmədov əməliyyatdan sonra evə buraxılıb. Oktyabrın 9-da o, yenidən müayinə olunması üçün xəstəxanaya müraciət edib. Həmin tarixdən bugünədək Diaqnostika Mərkəzində müalicə olunub. Bu gün isə xəstəxananın 5-ci mərtəbəsində müalicə olunduğu palatanın pəncərəsindən özünü yerə atıb”. 

Bildirilib ki, xəstənin özünü atmasının səbəbləri hələlik məlum deyil.

İ.Gülməmmədovun meyiti Məhkə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı intihar xəstəxana
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxub, 56 nəfər sağalıb. Azərbaycan Respublikasında 273 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1943, 1954 və 1956-cı il təvəllüdlü 3 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 5 935 nəfərin...
Cəmiyyət
Baş Nazir tədris və təlim-tərbiyə prosesi barədə sərəncamı imzalayıb. Baş Nazir Əli Əsədov Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb. BakuCity.az xəbər verir ki, sərəncamla Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş xüsusi karantin rejiminin qaydalarına...
Mədəniyyət
Azərbaycanlı müğənni Bayıldakı villasını 300 minə kirayə verib. "Ağlayan müğənni onsuz ilboyu ağlayacaq. Mən müğənni tanıyıram ki, Bayılda bahalı villası var, onu bir şirkətə uzun müddətli kirayə verərək 300 min manat pul alıb”. BakuCity.az xəbər verir ki, bu sözləri jurnalist Ülviyyə Alovlu "Youtube” kanalında yayımlanan "Bomba Tv” adlı verilişində deyib. Ü.Alovlu həmin ifaçının adını çəkməsə də, onun kirayə verdiyi bir neçə mənzilinin olduğunu da deyib:...
İdman
"Quarani" komandasının futbolçusu "Neftçi"yə qatılır. "Neftçi" klubu Braziliyanın B Seriyasında çıxış edən "Quarani" komandasının futbolçusu Tallison Auqustonu heyətinə qatır.  BakuCity.az xəbər verir ki, 29 yaşlı braziliyalı müdafiəçi paytaxt klubu ilə 3 illik sözləşmə imzalayacaq.  O, ötən gün komanda ilə yollarını ayıran haitili Donald Geryeni əvəzləyəcək. "Quarani"nin icraçı direktoru Miçel Alves futbolçunun Azərbaycan klubuna keçəcəyini təsdiqləyib. O...
Biznes
Fəaliyyəti bərpa olunan "mall"lara maska və əlcəksiz daxil olmaq qadağandır. Bakıda olan bir neçə alış-veriş mərkəzi Nazirlər Kabinetinin göstərişlərinə əməl edərək yenidən fəalittətə başlayıb. BakuCity.az-ın verdiyi məlumata görə, “Gənclik Mall” və “28 Mall”dan qeyd olunub ki, maska və əlcəklərdən istifadə etməyən şəxslərin ticarət mərkəzlərinə girişi qadağandır: “Mall”ların hər bir girişi mühafizə xidmətləri tərəfindən nəzarətdədir. İçəri daxil olarkən h...
Cəmiyyət
Metronun Qara Qarayev stansiyasında polislərlə vətəndaşlar arasında gərginlik yaşanıb. BakuCity.az xəbər verir ki, stansiyada baş verən mübahisə zamanı çəkilən görüntülər sosial şəbəkədə yayılıb.   Kadrlardan da göründüyü kimi iki polis əməkdaşı hansısa qayda pozuntusu səbəbindən vətəndaşı vaqondan çıxarmağa çalışır. Ancaq qatarda olan digər sərnişinlər bunun qarşısını alır və polisləri vaqondan çıxarırlar. BakuCity.az
İdman
"Neftçi" ilə müqavilənin müddətini uzadan kapitan Emin Mahmudov klubun rəsmi saytının suallarını cavablandırıb. BakuCity.az həmin müsahibəni təqdim edir. - Emin, "Neftçi” ilə yeni müqaviləyə imza atandan sonra nə hisslər keçirirsiniz? - Çox xoşbəxtəm! 3 ildir burada oynadığıma görə komandaya öyrəşmişəm. Birillik yox, uzun müddətli müqavilə bağladığım üçün özümü xoşbəxt hiss edirəm. Karyeramın sonunadək "Neftçi”də qalmaq istərdim. - "Neftçi” bu gün məşqləri...
Cəmiyyət
“Bu, ölümlə həyat arasında mücadilədir” Azərbaycan Televiziyası yenidən koronaviruslu xəstələrin müalicə aldığı xəstəxanadan reportaj hazırlayıb. BakuCity.az xəbər verir ki, reportajın məqsədi vəziyyətin ciddiliyini yoluxmuş şəxslərin öz dilindən təqdim etməkdir. Adı açıqlanmayıb, üzü gizlədilən xəstələrdən biri yaşantılarını belə dilə gətirib: “Heç kimə bura düşməyi arzulamıram. Ona görə özünüzü qoruyun. Dillə deyiləsi şey deyil. Çox çətindir. Bu, ölümlə...
Cəmiyyət
Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən videoreportaj hazırlanıb. Xaçmaz rayonunda 12 nəfərin yeni növ koronavirusa yoluxduğu Köhnə Xaçmaz kəndində pandemiyanın yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. BakuCity.az xəbər verir ki, rayon mərkəzinə ən yaxın yaşayış məntəqələrindən olan Köhnə Xaçmazda beş min nəfərə yaxın əhali yaşayır. Bu kəndlə Xaçmaz şəhərini yalnız Qudyalçay çayı ayır...