Bakıda bu yol nişanı və radar sürücüləri çətinliyə salıb - VİDEO

Bakıda bu yol nişanı və radar sürücüləri çətinliyə salıb - VİDEO

Nişandan cəmi 20 metr sonra radar quraşdırılıb

Bakının Pirallahı rayonu ərazisində quraşdırılan yol nişanı sürücüləri çətinliyə salır.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə sürücülərdən biri şikayət ünvanlayıb.

Belə ki, sürət həddi 100 olan yolda dərhal sonra 40 nişanı qoyulub. Nişandan cəmi 20 metr sonra isə radar quraşdırılıb.

Bu əraziyə ilk dəfə gələn sürücülər 100-lə gəldikləri yolda sürəti 40-a salmalıdır. Bu isə çox zaman çətinlik yaradır.

BakuCity.az

Bakı yol nişanı radar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər