"Azərsu" əməkdaşları hadisə yerindədir
Bu gün səhər saatlarında Bakıda yolun altından keçən su xəttində qəza baş verib.
BakuCity.az News24.az-a istinadən məlumat verir ki, Nəsimi rayonu ərazisində yüksək təzyiqli su xəttində baş verən qəza hündür fontanın yaranmasına və ətrafa xeyli suyun yayılmasına səbəb olub.
Əraziyə "Azərsu" ASC-nin əməkdaşları cəlb edilib.
Hadisə yerindən çəkilən fotonu təqdim edirik: