Vaqif Əsədovdan piyadalara müraciət: "Cinayət məsuliyyətinə cəlb olunacaqlar"

Ən çox piyadavurmalar keçidlər olan ərazilərdə qeydə alınır

"İlin əvvəlindən bu günə qədər Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələrində təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması ümumi hadisələrin 52 faizini təşkil edir. Bu ağır nəticələr biz Dövlət Yol Polisi əməkdaşları və rəhbərliyini ciddi narahat edir".

BakuCity.az xəbər verir ki, bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, bu hadisələr insanların həyatını itirməsi, əlil olması ilə nəticələnir:

"Odur ki, bir daha piyadalara müraciət etmək istəyirik. Yolu keçən zaman mütləq şəkildə sağa-sola baxmaq zəruridir. Yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qabağına qaçmaq, qulaqlıq taxaraq ətrafdakı səslərdən təcrid olmaq qəti şəkildə olmaz. Avtomobilin tam dayandığına əmin olmaq, daha sonra yolu keçmək lazımdır. Yolu tək deyil, bir neçə piyada ilə keçmək, səkilərdən istifadə etmək daha məqsədəuyğundur".

V.Əsədov “Yol hərəkəti haqqında” qanunun 40-cı maddəsinin tələblərini də xatırladıb. Bildirib ki, əgər piyadalar qaydanı pozursa, cərimə olunurlar:

"Nəzərə alsaq ki, piyada keçidi olmayan yerdən yolu keçmək 20 manat, sürət həddi 80 km/saatdan artıq olan yerlərdən keçmək isə 40 manat cərimədir. Amma məqsəd heç də piyadaları cərimələmək deyil. Əsas hədəf insanların maarifləndirilməsi və təhlükəsizliyin təminidir".

Şöbə rəisinin sözlərinə görə, piyadavurma hadisələrini təhlil etdikdə aydın olur ki, əsasən piyada kecidlərinin yaxınlığında bu cür hallar daha çoxdur:

"Ən çox piyadavurmalar yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır. Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərdə isə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir".

Polis polkovniki sürücülərə də müraciət edib. Bildirib ki, sürücülər xüsusilə diqqətli olmalı, günün qaranlıq vaxtlarında, yaşayış məntəqələri olan yerlərdə sürət həddini aşağı salmalıdırlar:

“Piyada vuran zaman sürücü də məsuliyyət daşıyır. Bir çox hallarda həbs olunur. Amma qeyd edim ki, piyadaların günahı ucbatından baş verən qəzalar daha çoxdur. Piyadalar da bilməlidir ki, əgər qəza onların günahı ucbatından baş verirsə, hadisələrin ağırlıq dərəcəsindən asılı olaraq piyadalar inzibati məsuliyyətə deyil, cinayət məsuliyyətinə cəlb olunacaqlar".

BakuCity.az

piyadalar yol qəzası Vaqif Əsədov
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
657 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
"Elə gün yoxdur ki, avtobus qapıları açıq hərəkət etməsin" “Hər səhər 29 nömrəli marşrut avtobusu qapısı açıq şəkildə hərəkət edir, insanlar da içindən acımış xəmir kimi daşırlar”. BakuCity.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya şikayətində Nəsimi rayon sakini Gülnarə Abbasova deyib. Şikayətçi bildirib ki, hər gün işə Badamdar-Avtovağzal marşrutu ilə işləyən 29 nömrəli avtobusla gedir: “Ancaq buna getmək demək olmaz. Mənzil başına çatana kimi sıxlıqd...
Hadisələr
Münaqişəyə münasibətlərə son vermək qərarı səbəb olub Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub. Xatırladaq ki, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub. BakuCity.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib ki,...
Cəmiyyət
Restoran isə faktı təsdiqləmir Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranındakı zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az-ın məlumatına görə, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib: "İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxl...
Ekologiya
Hava rütubətli olacaq Noyabrın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütu...
Hadisələr
İtkin düşən şəxs idarə rəisinin qardaşıdır Xəzər dənizində neftçi itkin düşüb. BakuCity.az “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub. Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır. SOCAR-ın mətbuat katib...
Mədəniyyət
"Zarafatımız dünəndən var" Xalq artisti Miri Yusif ötən gün Türkiyənin stəndap ulduzu Cem Yılmazla bir araya gəlib.  BakuCity.az Axeber.az-a istinadən məlumat verir ki, sənətçi, əvvəlcə Bakı Konqres Mərkəzində komediya aktyorunun çıxışını izləyib, daha sonra xanımı Nərgiz Mirbabayeva ilə birgə Cemlə görüşüb.  O, instaqramda foto paylaşaraq C. Yılmazın ona söz atmasına münasibət bildirib: “Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var. Gözəl kon...
Hadisələr
Magistralın ortasında bir neçə nəfər davaya qarışıb Bakıda baş vermiş qəza anı kameraya düşüb. BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Aeroport yolunda baş verib. Sol zolaqla hərəkət edən “Subaru” markalı avtomobil qəza işıqlarını yandırır və asta sürətlə gedir. Bu zaman “Toyota” markalı avtomobilin sürücüsü sürəti azaldaraq ona yaxınlaşır və irad bildirir. Elə bu anda arxadan gələn “Hyundai” markalı avtomobil “Subaru”ya dəyir. Zərbənin...
Cəmiyyət
Tədbirdə ədibin nəticəsi və kötücəsi də iştirak ediblər Noyabrın 18-də noyabr Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən və yeni tərtibatdan sonra açılışı olub. BakuCity.az APA-ya istinadən məlumat verir ki, açılış mərasimində  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, Mədəniyyət nazirinin müavini Vaqif Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq...
Cəmiyyət
Təhsil müəssisəsindəki 3D piyada zolağı maraqla qarşılanıb Bakıda “ABC – Azerbaijan British College”nin rəsm müəllimi, rəssam Yusif Mirzəyevin çəkdiyi 3D piyada zolağı məktəbdə təhsil alan şagirdlər tərəfindən xüsusi maraqla qarşılanıb. Y.Mirzəyev BakuCity.az-a açıqlamasında deyib ki, 3D formatında piyada zolağı çəkmək ideyası məktəbin rəhbərliyi tərəfindən irəli sürülüb: “Məktəbin rəhbərliyi və bütün müəllimlər üçün təhsilin keyfiyyəti önəmlidir, amma ən...