Bakı avtovağzalında yeni xidmət: saatı 1 manat - FOTO

Bakı avtovağzalında yeni xidmət: saatı 1 manat - FOTO

Jetonu itirən cərimələnəcək

Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişinlərə yeni xidmət göstərəcək.

BakuCity.az xəbər verir ki, vağzalda  saxlama kameraları yenilənərək istifadəyə verilib.

Saxlama kameraları həftənin 7 günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.

Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:

• 0-3 saat --- 1 AZN
• 3-6 saat --- 2 AZN
• 6-9 saat --- 3 AZN
• 9-12 saat --- 4 AZN
• 24 saat --- 5 AZN

Ödəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur.

Yüklərin təhvili, eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir.

Saxlama kameralarına təhvil verilən yüklərin tərkibinə görə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məsuliyyət daşımır.

Saxlama kameralarına tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qəti qadağandır.

Yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1 gün kimi hesablanır.

Sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur.

Nömrənin (jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur.

Bakı avtovağzalında yeni xidmət: saatı 1 manat - FOTO, fotoşəkil-1 Bakı avtovağzalında yeni xidmət: saatı 1 manat - FOTO, fotoşəkil-2

BakuCity.az

Bakı avtovağzal saxlama kamerası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər