Bakıda qeyri-adi əyləncə məkanları: qorxmayın, baş işlədin - SİYAHI + QİYMƏTLƏR

Paytaxtın ən yaxşı kvest otaqları

Son illərdə müxtəlif tematik kvestlərdən (axtarış) keçmək kimi əyləncə forması bütün dünyada populyarlıq qazanıb və Bakı da bu baxımdan geri qalmır.

Bugünkü məqalədə BakuCity.az paytaxtın ən maraqlı kvest otaqları haqqında məlumat verəcək.

Hazırda Bakıda bu əyləncə növünün hər hansı bir janrını təklif edən kvest otaqlar və ya eskeyp (qaç canını qurtar) otaqları var: dəhşət otağı, labirint, macəra, tapmacalar və fantaziya. 

Paytaxtın kvest otaqlarından biri olan “Quest Zone Baku”nun (əvvəlki “Claustrophobia Baku”) direktoru Nigar Yeqanova saytımıza açıqlamasında “imtahan”dan keçmək istəyənlərin çox olduğunu qeyd edib:

“Bakıda bu əyləncə növü çox populyardır. İnsanlar həm iş günləri, həm də həftəsonları uşaqları ilə birlikdə gəlir, sonra qohumlara və dostlara məsləhət görürlər. Bəzən bütün tapmacaları tapmağa vaxt tapmayan, lazımi düymələri tapıb otaqdan çıxa bilməyənlər sonra təkrar qayıdırlar”.

Onun sözlərinə görə, burada iki növ kvest var: macəra - "Qulliverin axtarışında" və  dəhşət mövzusunda - "Tərk edilmiş sığınacağın sirri":

"Beş yaşından yuxarı uşaqlara kvestlərdə iştirak etməyə icazə verilir, amma yanında ən azı bir yetkin insan olmaq şərtilə. "Sığınacaq" axtarışında 12 yaşından yuxarı şəxslər iştirak edə bilərlər. Bir komandada ən çox 5 nəfər oynaya bilər".

N.Yeqanova qeyd edib ki, burada bütün komanda üçün ödəniş edilir: iş günlərində beş nəfər üçün 60 manat, həftə sonları və tətil günlərində isə 70 manat.

Daha bir maraqlı konsepsiya “Landscape Room” (otaqdan çıxmaq) janrına uyğun fəaliyyət göstərən “Portal Games”dir. Bu cür “xilas” təkcə bir oyun deyil, həm də intellektinizi artırmaq üçün əla yoldur, çünki məntiqli düşünmədən kilidlənmiş otaqdan çıxmaq o qədər də asan deyil. Portal əməkdaşları müxtəlif xüsusi effektlər, musiqi və bəzək əşyaları ilə müştəriləri fərqli bir gerçəkliyə aparırlar.

Burada olduqca geniş oyun seçimi var: “Cəllad”, “Harry Potter”, “Həbsxana”, “Hannibal” və digərləri. Ödəniş - adambaşına 16 manat.

“Questomania” da qonaqlarına bir çox oyunlar təqdim edir. Otaqdan çıxmaq üçün 60 dəqiqə vaxt var. Tapşırıqda 2 və 4 nəfər iştirak edə bilər. "Block D" həbsxanası, "Soyğunçuluq" kimi oyunlar təklif olunur. "Köhnə teatrın sirləri" ən maraqlılardan biri hesab olunur.  Detektiv hekayələri sevənlər üçün "Keçmişdən məktublar"dan keçmək maraqlı olacaq. Qiyməti adambaşına 12-15 manat arasında dəyişir. 10 yaşdan yuxarı uşaqlara da icazə verilir.

“Phantom Quests” paytaxtın ən böyük kvest mərkəzlərindən biridir. Burada “Qanlı sirk”, “Kruger Evi”, “Gizli laboratoriya” və “Taxtların oyunu” kimi maraqlı oyunlar var. Proses 60-80 dəqiqə davam edir. Bir komanda iki və ya daha çox adamdan ibarət ola bilər. Bəzi oyunlarda iştirakçılar fizika və kimya kimi elmləri xatırlatmaq məcburiyyətində qalacaqlar. Komanda üzvlərindən başqa, aktyorlar da prosesə təsir göstərən oyunlarda iştirak edirlər. Ödəniş oyundan asılı olaraq bütün komandadan 40 manatdan 60 manata qədər tutulur.

“Tala Escape” qonaqlara otaqdan 60 dəqiqə ərzində çıxmağı təklif edir. İki seçim var: "Həbsxana" və "Kart fırıldaqçısının tapmacası”. Komandada 2-dən 5 nəfərə qədər iştirakçı yer ala bilər. Burada şirkətin öz dizaynerləri tərəfindən xüsusi olaraq hazırlanmış unikal kvestlər var. 8 yaşdan yuxarı uşaqlar da iştirak edə bilər. Ödəniş bütün komanda üçün ödənilir - 45 manat.

“Astral Labirint” "Qorxu otağı", yaxud "The Nun" oyunlarının bəzi qonaqların axıradək qala bilmədiyi qədər qorxunc olduğunu iddia edir. Müvafiq ab-hava yalnız dekorasiya və musiqinin müşayiəti ilə deyil, həm də xüsusi aktyorlar tərəfindən yaradılır. Qrupda 2-7 nəfər iştirak edə bilər, uşaqlara yalnız 12 yaşdan etibarən icazə verilir. Ödəniş - adambaşına 15 manat.

“Paranormal Baku” isə qonaqlara daha çox iştirakçı ilə qatılmaq imkanı verir - 2 nəfərdən 10 nəfərə qədər. Hər kəsin gedib çıxa bilmədiyi "Qorxu otağı" da var. Həyəcanlı səs effektləri və aktyorların qəfil görünməsi oyunu unudulmaz edir. Qiyməti - adambaşına 18 manat. Oyunda 12 yaşdan yuxarı uşaqlar da iştirak edə bilər.

Qiymət cədvəli

Kvest otaqlar

Qrup üçün ödəniş

Adambaşına ödəniş

QuestZoneBaku

60-70 AZN

---

Portal Games

---

16 AZN

Questomania

---

12-15 AZN

PhantomQuests

40-60 AZN

---

Tala Escape

45 AZN

---

Astral Labirint

---

15 AZN

ParanormalBaku

---

18 AZN

Züleyxa İsmaylova

BakuCity.az

Bakı kvest əyləncə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
28 nəfərlik restoranı da var Bakı-Tbilisi-Ankara istiqaməti üzrə sərnişin daşınmasını həyata keçirən qatar 10 vaqondan ibarətdir. BakuCity.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Baku.ws-ə bildirilib.  Məlumata görə, onlardan biri 28 nəfərin eyni vaxtda yemək yeyə biləcəyi restoran-vaqondur. Digər 9 vaqonda ümumilikdə 216 sərnişin üçün yer var. Onlardan 6-sı ikinci sinif vaqonlardır, biri xüsusilə əlil araba...
Cəmiyyət
Şübhəli şəxs qismində saxlanılıblar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb. BakuCity.az-ın məlumatına görə, açıqlamada deyilir: "Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol ver...
Cəmiyyət
"Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır" Yeni tikilən binaların ərazisinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bildirib: “Dövlət Ekspertiza İdarəsində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən...
Hadisələr
Bakıda uşaq poliklinikasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb. Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb. BakuCity.az
İdman
“Hoffenhaym”ın yetirməsidir 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu çağırılıb. BakuCity.az Apasport.az-a istinadən verdiyi məlumata görə, “Hoffenhaym”ın müdafiəçisi Kaan Özkaya ilk dəfə yığmamıza dəvət edilib. Yeni milliləşdirilən 18 yaşlı oyunçu “Hoffenhaym” futbol məktəbinin yetirməsidir. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub. Gənc müdafiəçi ötən ilin yayında “Hoffenhaym”ın U-17 komandasından U-1...
Şəkil. Binəqədi rayonu, 8-ci mikrorayon, 12 nömrəli kvartal
İşçi Qrup yaradılıb Bakıda yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası yaradılır. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov bu gun nazirlikdə keçirilən mətbuat konfransında deyib: “Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən vizual nəzarət sisteminin və...
Cəmiyyət
"Köhnə borular deşiləndə taxta çivlərdən istifadə edib suyumuzu götürürdük. Bəs indi nə edək?” "Yaşma bağları" yaşayış massivinin sakinləri yenə də susuzluqdan şikayət edirlər. Sakinlərin BakuCity.az-a bildirdiyinə görə, haradasa bir aydan çoxdur ki, su üzünə həsrət qalıblar: "Ötən ilin oktyabr ayında müvafiq qurumlara şikayət etdik, noyab ayında gəlib baxdılar və dedilər ki, sovet dövründən qalma çürük boruları yeni plastik borularla əvəz edəcəklər. Sumqa...
Cəmiyyət
Ümumilikdə 20 vaqon gətiriləcək Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək. BakuCity.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a deyib. Onun sözlərinə görə, ümumilikdə 20 vaqonun gətirilməsi gözlənir: "Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar...
Mədəniyyət
CinemaPlus-da “Doktor Dulittlin heyrətamiz səyahəti”  "28 Mall" Ticarət Mərkəzində yerləşən "CinemaPlus" Premium-klass Kinoteatrında “Doktor Dulittlin heyrətamiz səyahəti” macəra filminin premyeradan öncə nümayişi baş tutub. BakuCity.az xəbər verir ki, tədbir zamanı cəngəllik mühiti bütün kinoteatrı bürüdü. Heyvanlar və bitkilər cəngəlliyin vəhşi ruhunu təcəssüm etdiriblər. Gecədə diqqət çəkən digər məqam isə qonaqların zövq aldığı quşlarla şou proqram olu...