Bakıda yeni Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilir

Bakıda yeni Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilir

Sentyabrın 25-də açılmışdı

Bakıda "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinin istifadəyə veriləcəyi tarix açıqlanıb.

Bakı Nəqliyyat Agentliyindən BakuCity.az-a verilən məlumata görə, 9 noyabrda səhər saatlarından "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.

Ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə matşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.

Xatırladaq ki, sentyabrın 25-də mərkəzin açılışı olmuşdu.

Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığındakı bu Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar “Koroğlu” HUB 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb.

BakuCity.az

Bakı nəqliyyat mübadilə mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər