Bitki mühafizəsi: A-SERA GROUP şirkətinin istixana qurğuları

Bitki mühafizəsi: A-SERA GROUP şirkətinin istixana qurğuları

Müasir texnologiya və keyfiyyət zəmanəti! 

A-SERA GROUP uzun illərdir ki, istixana sektorunun aparıcı şirkətlərindən biridir. Şirkət hər ölçüdə dizayn edilmiş və şüşə, polietilen və polikarbonat kimi müxtəlif materiallardan istifadə edərək müasir istixana komplekslərinin tikintisi ilə məşğuldur.

Şirkətin MDB ölkələri üzrə layihə meneceri Abdulla İsmayılov BakuCity.az-a müsahibəsində A-SERA GROUP-un fəaliyyəti, üstünlükləri və yeni layihələrindən danışıb.

- Zəhmət olmasa, şirkətinizin fəaliyyəti haqqında ətraflı məlumat verərdiniz.

- Şirkətimizin əsas fəaliyyət istiqaməti metal konstruksiyaların istehsalıdır. Bütün məhsullar Türkiyənin İzmir şəhərindəki fabrikimizdə istehsal olunur. 10 ildən çoxdur ki, bu bazarda çalışırıq. Şirkətimiz istehsalın ilk mərhələsindən başlayaraq tikintinin sonuna qədər işləri tam təhvil verməyi öz üzərinə götürür və tələbdən asılı olaraq, layihələr bitdikdən sonra müxtəlif xidmətlər təklif edərək müştərilərimizə dəstək olur. İşlər tamamlandıqdan sonra bir il pulsuz xidmət təqdim edirik. Paralel olaraq, şirkət kiçik və böyük anbarların, həmçinin depoların inşası üçün əlavə sifarişlər qəbul edir. Bu iş fəaliyyətimizin 10 faizini təşkil edir. A-SERA GROUP müasir istixana kompleksinin bütün tikinti və xidmətlər paketini təklif edir.

- Bildiyimizə görə, təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də çox sayda müştəriniz var?

- Doğrudur, şirkətimizin kifayət qədər geniş müştəri coğrafiyası var: Türkiyə və onunla həmsərhəd olan bütün ölkələr, Liviya, Suriya, Səudiyyə Ərəbistanı, habelə MDB dövlətləri. 

- A-SERA GROUP hansı beynəlxalq sərgilərdə iştirak edir?

- Şirkətimizin mövcud olduğu dövrdən yeddi sərgidə - Türkiyə, Azərbaycan, Rusiya və Özbəkistanda iştirak etdik. Bu, bazarın, biznesin inkişafına, yeni layihələrin açılmasına öz töhfəsini verir. Başqa sözlə, sərgilər həmişə müsbət nəticə verir. Ümumiyyətlə, bu cür layihələrə qoyulan investisiyalar şirkətimizin fəaliyyətinə müsbət təsir göstərir. Beləliklə, yeni müştərilər tapırıq. 

- Əməkdaşlıq qurmağı planlaşdırdığınız ölkələr varmı? 

- Bəli, Qazaxıstanla işə başlamağı planlaşdırırıq.

- Fəaliyyət göstərdiyiniz bütün ölkələrdə filiallarınız varmı?

- Filiallarımız və nümayəndəliklərimiz yalnız tikinti işləri gördüyümüz ölkələrdə fəaliyyət göstərir. Qazaxıstanla müqavilə imzalayanda orada da dərhal nümayəndəliyimiz açılacaq. Bu, bir çox hallarda qarşı tərəf və bizim üçün maraqlı sima olan ortaq bir müəssisə olur. Bəzi hallarda, məsələn Rusiyada şirkətimizi özümüz təmsil edirik. 

- Bəs başqa harada şirkətin filialını açmaq istərdiniz?

- Qazaxıstanla yanaşı, Özbəkistan və Gürcüstanda daha bir istixana kompleksi tikmək istərdim. Həmçinin Ukrayna və Türkmənistanla da maraqlanırıq. 

- Niyə məhz Gürcüstanda istixana kompleksi qurmaq istəyirsiniz?

- Məsələ budur ki, bu ölkədə öz işinizi qurmaq olduqca asandır. Dövlət sahibkarlara geniş imkanlar təqdim edən investisiya qoyuluşu üçün əlverişli şərait yaradıb. 

- Qərbdəki tərəfdaşlarınız haqqında məlumat verərdiniz.

- Tərəfdaşlarımız zamanla sınaqdan çıxıb. Biz yeddi ildən çoxdur işlədiyimiz Niderland, İspaniya və Yunanıstanla əməkdaşlıq edirik və əməkdaşlığımıza çox şadıq. Bunun qarşılıqlı olduğunu qeyd etmək lazımdır. Yunanlar dünya üzrə plyonka istehsalçılarıdır. Niderland da, öz növbəsində, dünya suvarma sistemlərinin istehsalçısı kimi tanınır. A-SERA GROUP-un suvarma sistemləri və plyonka istehsalı sahəsində olduqca inkişaf etmiş bir şirkət olmasına baxmayaraq, bu istehsalçılara da üstünlük veririk. Onların işə yanaşması, yüksək keyfiyyəti və avropalı tərəfdaşlarımızdan alacağımız zəmanət diqqətimizi cəlb edir.

Özümüz isə yalnız metal konstruksiya istehsal edirik, əlavə olaraq tam paket təklif edirik. İstixana kompleksini nəzərdən keçirsək, A-SERA GROUP şirkətinin tərkibində təxminən 50 istehsalçı birləşib.

Bitki mühafizəsi: A-SERA GROUP şirkətinin istixana qurğuları, fotoşəkil-1 Bitki mühafizəsi: A-SERA GROUP şirkətinin istixana qurğuları, fotoşəkil-2 Bitki mühafizəsi: A-SERA GROUP şirkətinin istixana qurğuları, fotoşəkil-3 Bitki mühafizəsi: A-SERA GROUP şirkətinin istixana qurğuları, fotoşəkil-4 Bitki mühafizəsi: A-SERA GROUP şirkətinin istixana qurğuları, fotoşəkil-5 Bitki mühafizəsi: A-SERA GROUP şirkətinin istixana qurğuları, fotoşəkil-6

Züleyxa İsmayılova

Foto: Nicat Alili

BakuCity.az

A-SERA GROUP istixana
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər