Bakıda daha bir metro stansiyasının tikintisi başa çatdı

Bakıda daha bir metro stansiyasının tikintisi başa çatdı

Yeni xətt Qaraçuxura qədər çatdırılacaq

“Bakıda şərti adı “B3” olan metro stansiyasının tikintisi başa çatdırılıb və hazırda tamamlanma işləri qalıb.

BakuCity.az-ın məlumatına görə, bunu jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov deyib.

O bildirib ki, stansiyanın açılışı gələn il olacaq:

“Bu stansiyadan sonra yeni “Bənövşəyi xətt” üzrə işlər aparılacaq ki, onun bir tərəfi Xocahəsən, digər tərəfi isə Qaraçuxur qəsəbəsində olacaq. Bu xətt 12 stansiya və 1 depodan ibarətdir. Şərti adı “104” olan stansiyanın və “Depo Xocahəsən”in tikintisi davam etdirilir. Bu sxem üzrə "Bənövşəyi xətt" Qaraçuxur qəsəbəsinədək çatdırılacaq".

BakuCity.az

Bakı metro stansiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər